az | en
| ru
|
de
Əsas səhifə

Əlaqə

  Sayt xəritəsi

 
 Online xidmətlər
Bank Respublika-dan “İspaniya səyahəti” kampaniyasının qalibləri müəyyən edildi
24.12.2009

22 dekabr 2009-cu il Bank Respublika-nın baş ofisində müstəqil təşkilatların nümayəndələrindən ibarət Münsiflər Heyətinin iştirakı ilə bankın MasterCard, Maestro və VISA plastik kart sahibləri arasında “İspaniya səyahəti” uduş kampaniyasının mükafatlarının oynanılma mərasimi keçirilmişdir.

Kampaniya çərçivəsində 2 nəfərlik 7 günlük  İspaniyaya səyahət və əlavə mükafatlar – 2 ədəd netbuk və 10 ədəd portativ DVD pleyer oynanılmışdır. 2009-cu ilin 1 avqust - 1 dekabr tarixlərindən Bank Respublika-nın MasterCard, Maestro və VISA plastik kartları ilə ən azı 20 manat, ABŞ dolları və ya Avro həcmində aparılan hər əməliyyat avtomatik olaraq 1 şans kimi qeyd olunmuşdur.

Bank Respublika son 5 il ərzində müştəriləri arasında daimi olaraq müxtəlif uduş kampaniyaları keçirir. Yalnız plastik kart istifadəçiləri arasında Bank 12 uduş kampaniyası keçirmişdir. Bu kampaniyaların əsas hədiyyələri İsveçrə, Disneylend, Malta, Futbol üzrə Avropa Çempionatı, Paris, Antalyaya və digər səyahətlər olmuşdur.

Bank Respublika müştərilərinə MasterCard və VISA beynəlxalq kartlarını pulsuz və illik xidmət haqqı olmadan təqdim edir. Bank Respublika kartlar üzrə Home Banking, Card-to-Card, MobilBank və digər əlavə xidmətlər də göstərir.

Bank Respublika plastik kartlarının sahibləri Azərbaycanın müxtəlif satış-xidmət müəssisələrində mal və xidmətlərə endirimlər də əldə edir. Bank Respublika-nın diskont proqramı üzrə mal və xidmətlərə görə endirim əldə etmək üçün kartla nağdsız ödəniş aparmaq məcburi deyil, kartı satış-xidmət müəssisəsində göstərmək kifayətdir.

                                                                                               


Xəbərlərin arxivi
 Qızıl külçələr

 Pulsuz plastik kartlar
Tel.: (+994 12) 598 08 00
E-mail: info@bankrespublika.az
Netty2008 Winner

© Bank Respublika, 2006 – 2010
Website by MEQA company
Deutsche Übersetzung von Kvaloy Nettverk