|
18.01.2010 Bank Respublika əmanətçiləri arasında uduş kampaniyasının 15 yanvar 2010-cu il tarixində keçirmiş növbəti tirajında 7 qızıl külçələrin sahibləri müəyyən olundu. Külçələr 2009-cu ilin sentyabr ayından başlayan və əsas hədiyyəsi Mazda 3 avtomobili olan uduş kampaniyası çərçivəsində oynanılmışdır.
Kampaniyanın qaydalarına əsasən hər ay hər biri 20 qram olmaqla 2 ədəd və hər biri 10 qram olmaqla 5 ədəd qızıl külçələr oynanılır. Kampaniyada oynanılan bütün külçələr ən yüksək 999,9 əyar olmaqla Rusiya istehsalıdır. Kampaniyanın əsas hədiyyəsi Mazda3 avtomobili isə 15 mart 2010-cu il tarixində oynanılacaq.
Kampaniyada ən azı 12 ay müddətində və 1000 AZN / USD / EUR məbləğində olan əmanətlər iştirak edir. Əmanətin hər 1000 AZN / USD / EUR məbləği hər ay 1 şansa bərabərdir. Qaydalara əsasən Bankın əməkdaşlarının və səhmdarlarının əmanətləri kampaniyada iştirak etmirlər.
Kampaniyanın başlanğıcından etibarən Bankın 35 əmanətçisi qızıl külçə sahibləri olmuşlar.
Bank Respublika-nın əmanətçiləri əmanətin məbləği və müddətindən asılı olaraq 45 günədək faizsiz kredit xətti ilə MasterCard və VISA kartlarını əldə edə, Home Banking və MobilBank xidmətinə pulsuz qoşula, bank seyfindən pulsuz istifadə edə, Bankın hesabına səyahət və tibbi sığorta və güzəştli şərtlərlə kredit ala bilərlər. Bank əmanətin məbləğinə dair heç bir məhdudiyyət qoymur və əmanətçilərə əmanətin şərtlərini seçmək imkanı verir.
Bank Respublika “Əmanətlərin sığortalanması haqqında” qanununa əsasən yaradılmış Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və Bankda yerləşdirilmiş əhalinin əmanətləri Fondun şərtlərinə əsasən sığortalanır.
|