|
|
|||||||||||||||||||||||||||||
![]() |
|
|
|
|
QIZIL KÜLÇƏLƏRİN ALQI-SATQISI
Bank ən yüksək 999,9 əyarlı 5, 10, 20, 50, 100 və 250 qram çəkidə olan qızıl külçələr təklif edir. Hər qızıl külçə onun göstəriciləri qeyd edilmiş xüsusi sertifikata malikdir.
Bank Respublika həmçinin qızıl külçələrin əhaliyə 12 ayadək müddətə illik 20% dərəcəsi ilə kreditə satışını da təklif edir.
20 qramdan 250 qramadək qızıl külçələrin kredit ilə alınması üçün iş yerindən arayış və zamin tələb olunmur. Qızıl külçənin kreditə alınması üçün onun qiymətinin 10% məbləğində ilkin ödəniş etmək lazımdır. Külçə kredit müddəti ərzində Bankda saxlanılır.
Qızılın tarix boyu və həmçinin son illərdə mütəmadi olaraq qiymətinin artmasını nəzərə alaraq, qızıl külçə almağın pul vəsaitinin effektiv yerləşdirilməsi hesab etmək olar. Son il ərzində qızılın qiymət artımının, kreditə görə ödənilən faiz dərəcəsini üstələməsini nəzərə alaraq qızılın kreditə alınması da sərfəli ola bilər.
Bank Respublika qızıl külçənin satışı ilə yanaşı onların alışını da həyata keçirir. Bu müştərilərə imkan verir ki, alınmış qızıl külçəni operativ qaydada Bankda nağd pula çevirsinlər və qızılın qiymətinin artdığı halda əlavə gəlir əldə etsinlər.
Ən yüksək 999,9 əyarlı xüsusi sertifikata malik qızıl külçələr ailə üzvlərinə, qohumlara və yaxınlara ad günü, toy mərasimi və digər əlamətdar günlərdə eksklüziv hədiyyə kimi çox münasibdir.
Müştəri aldığı qızıl külçəni onun maksimal təhlükəsizliyi üçün Bank Respublika-da bank seyfini icarəyə götürərək seyfdə saxlaya bilər.
Bank Respublika əhaliyə qızıl külçələrin alqı-satqısı üzrə xidmətləri Azərbaycan Respublikası Milli Bankının lisenziyasına əsasən göstərir. Hazırda Bank Respublika Azərbaycanda bu xidmətləri göstərən 3 özəl bankdan biridir.
|
|
|
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||