az | en
| ru
|
de
Əsas səhifə

Əlaqə

  Sayt xəritəsi

 
 Bank haqqında
 
 Ümumi məlumat
 
 Səhmdarlar
 
 Korporativ İdarəetmə
 
 Hesabatlar
 
 Risklərin idarə edilməsi
 
 Beynəlxalq əlaqələr
 
 Bakı Sığorta
 
 Respublika İnvest
 
 Müxbir banklar
 
 Uduş kampaniyaları
 
 Karyera və vakansiyalar
 
 İnformasiya bülleteni
 
 Uğurlarımız
 
 Qeyd və təkliflər
 Əlaqə

 Online xidmətlər

SƏHMDARLAR

Bank Respublika 1992-ci ildə fəaliyyətə başlamışdır və bu illər ərzində Azərbaycanın aparıcı bankları sırasına daxil olmuşdur.

Bank Respublika-nın vacib nəaliyyətlərindən biri Almaniyanın 2 aparıcı maliyyə təşkilatının – KfW bank qrupunun üzvü DEG İnvestisiya Şirkətinin və Sparkassen-Finanzgruppe üzvü Sparkassen International Development Trust (SIDT) şirkətinin Bankın səhmdar kapitalına daxil olmasıdır.

Müvafiq müqavilələr 28 aprel 2005-ci il tarixində Bank Respublika-nın baş ofisində imzalanmışdır.

Müqavilələrin şərtlərinə əsasən KfW bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü SIDT Bank Respublika-nın səhmdar kapitalının “25% + 1 səhm” paketini almışdırlar.

Almaniyanın 2 nəhəng maliyyə institutlarının Bank Respublika-nın səhmdarları sırasına daxil olması bir tərəfdən beynəlxalq səviyyədə Banka olan yüksək etibarı göstərmiş, digər tərəfdən isə Bankın inkişafı üçün yeni imkanlar yaratmışdır.

Bank Respublika-nın səhmdar kapitalının tərkibi:

  • Yerli səhmdarlar
  • 75,0%

  • DEG İnvestisiya Şirkəti
  • 16,7%

  • Sparkassen International Development Trust
  • 8,3%


    1 aprel 2010-cu il tarixinə Bankın nizamnamə kapitalı 30,6 mln. manat (38 mln. ABŞ dolları) təşkil etmişdir, Bankın məcmu kapitalı isə 56,1 mln. manatı (69,7 mln. ABŞ dollarını) keçmişdir.


    DEG haqqında məlumat

    KfW bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti (Deutsche Investitions-Und Entwicklungsgesellschaft Gmbh) Avropanın ən böyük maliyyə institutlarından biridir.

    DEG 40 ildən artıq müddətdir investisiya fəaliyyəti ilə məşğul olur və uzunmüddətli layihələrlə işləyir. DEG 1300-dən çox şirkətlə işləmişdir, investisiyalarının ümumi məbləği isə 45 mlrd. avrodan çoxdur. DEG-in baş ofisi Almaniyanın Köln şəhərində yerləşir.

    Daha geniş məlumatı http://www.deginvest.de/ saytından əldə etmək olar.


    SIDT haqqında məlumat

    SIDT (Sparkassen International Development Trust) Almaniyanın və dünyanın ən böyük maliyyə qruplarından biri olan Sparkassen-Finanzgruppe qrupunun üzvüdür.

    Sparkassen-Finanzgruppe əmanət banklarının, sığorta, lizinq, faktorinq və digər törəmə şirkətlərin daxil olduğu maliyyə qrupudur. Sparkassen-Finanzgruppe 700-dən çox şirkətdən ibarətdir və ümumilikdə bütün Almaniya üzrə 23 000-dən çox şöbəyə malikdir. Qrupun əməkdaşlarının ümumi sayı 390 000 nəfər, aktivlərinin həcmi isə 3,3 trln. avrodur. Sparkassen-Finanzgruppe maliyyə qrupunun baş ofisi Almaniyanın Bonn şəhərində yerləşir.

    Daha geniş məlumatı http://www.sparkassen-finanzgruppe.de/ saytından əldə etmək olar.

                                                                                                   

     Qızıl külçələr

     İlk Kart

     MobilBank xidməti
    Tel.: (+994 12) 598 08 00
    E-mail: info@bankrespublika.az
    Netty2008 Winner

    © Bank Respublika, 2006 – 2010
    Website by MEQA company
    Deutsche Übersetzung von Kvaloy Nettverk