az | en
| ru
|
de
Əsas səhifə

Əlaqə

  Sayt xəritəsi

 
 Fərdi müştərilərə
 
 Hesablaşma-kassa xidməti
 
 Tariflər
 
 Əmanətlər
 
 Kreditlər
 
 İpoteka krediti
 
 Plastik kartlar
 
 Kartların dizaynı
 
 Kartın onlayn sifarişi
 
 MobilBank xidməti
 
 Home Banking xidməti
 
 Card-to-Card xidməti
 
 SMS Notification
 
 PIN Change xidməti
 
 İlk Kart
 
 VirtualCard
 
 SubaruCard
 
 Priority Pass
 
 Endirimlər
 
 Mütəmadi verilən suallar
 Məsləhət və tövsiyələr
 
 Pul köçürmələri
 
 American Express
 
 Qızıl külçələrin alqı-satqısı
 
 Bank seyfləri
 
 Mobil rabitə ödənişi
 
 Kommunal xidmətlərin ödənişi
 Internet Bank

FƏRDİ MÜŞTƏRİLƏR ÜÇÜN PLASTİK KARTLAR

 

Bank Respublika fərdi müştərilərə MasterCard International və VISA International beynəlxalq ödəmə sistemlərinin plastik kartlarını pulsuz və xidmət haqqı olmadan təklif edir.

 

• MasterCard Standard    • VISA Classic
• MasterCard Gold • VISA Gold
• MasterCard Platinum • VISA Platinum
• Cirrus / Maestro • VISA Electron

 


Həmçinin şirkətlər və təşkilatlar üçün MasterCard Business, VISA Business, VISA Business Gold, Maestro Salary və VISA Electron Salary korporativ plastik kartları mövcuddur.

 

MasterCard, Cirrus / Maestro və VISA kartlarını Azərbaycanda və dünyanın 200-dək ölkəsində hər gün 24 saat istifadə etmək olar. Bank Respublika-da kart hesablarını manat, ABŞ dolları və avroda açmaq olar.

 

 

Bank Respublika-nın MasterCard və VISA plastik kartlarının imkanları

  • Azərbaycanda və bütün dünyada milyonlarla mağaza, restoran, otel, turizm və digər satış / xidmət müəssisələrində mal və xidmətlərin qiymətinin nağdsız qaydada ödənilməsi (bu halda kart sahibindən nağdsız ödəniş üçün komisyon haqqı tutulmur)
  • İnternet şəbəkəsində elektron ödənişlərin aparılması
  • 900 000-dən çox bankomat və bank vasitəsilə kartda olan vəsaitin nağd pul şəklində çıxarılması
  • digər valyutada nağdsız ödənişlərin edilməsi və nağd pulun alınması, həmçinin hər-hansı ölkənin yerli valyutasında çıxarılması
  • 45 günədək faizsiz kreditin alınması
  • Home Banking xidmətindən istifadə
  • mobil rabitə və kommunal xidmətlərin bankomat və Home Banking xidməti vasitəsi ilə ödənilməsi
  • kart üzrə çıxarışların alınması – Bankda, bankomat, mobil telefon və ya elektron poçt vasitəsi ilə
  • "MobilBank" xidməti - mobil telefonla kart hesabı üzrə xidmətlər, SMS bildirişlər və ödəmələr
  • bir kartdan digərinə pul köçürülməsi – Card-to-Card xidməti
  • ŞEN-in dəyişilməsi - PİN Change xodməti
  • bütün dünya üzrə 100 000-dən çox oteldə otaq sifarişi
  • Azərbaycanın müxtəlif satış-xidmət müəssisələrində mal və xidmətlərə emdirim almaq imkanı (Diskont proqramı)

İnternetdə elektron ödənişlər, faizsiz kreditin alınması və otellərdə otaqların sifarişi Cirrus / Maestro və VISA Electron kartlarına aid deyil.

 

Kart hesabına vəsaiti Bank Respublika-nın filial və şöbələrində mədaxil etmək olar. Kart sahibi özü Banka gələ bilmədikdə, 3-cü şəxs (qohum, dost) Banka gələrək kart hesabına mədaxil edə bilər.

Bank Respublika-da bir kart hesabına şəxsi istifadə və ya ailə üzvləri üçün əlavə kartlar da almaq olar və bu bir hesabın bir neçə şəxs tərəfindən istifadəsinə imkan verir.

Plastik kartların yüksək müdafiə dərəcəsi olduğundan onların istifadəsi nağd pul istifadəsindən daha etibarlıdır. Kartların vacib üstünlüklərindən biri də xaricə gedərkən kartdakı vəsaitin bəyan etmək tələbinin olmamasıdır və beləliklə kartdakı pul vəsaiti sərhədi məhdudiyyətsiz keçir.


Kartla faizsiz kredit

 

Bank Respublika-nın plastik kartlarının əsas üstünlüklərindən biri kartla 200 - 5000 manat (ABŞ dolları / avro) məbləğində 45 günədək faizsiz kredit xətti almaq imkanıdır.


Müştəri istifadə etdiyi kredit məbləğini növbəti ayın 15-ci gününədək ödəyərsə, kreditə faiz hesablanmayacaq. Beləliklə, faizsiz kreditin müddəti 45 günədək ola bilər.


İstifadə edilən məbləğ növbəti ayın 15-ci gününədək ödənilməsə, növbəti gündən etibarən borc qalığı məbləğinə 28% illik dərəcəsi ilə faiz hesablanacaq.

 

Kartla faizsiz kreditin maksimal məbləğləri:

• MasterCard Standard / VISA Classic 3 000 AZN (USD / EUR)
MasterCard Gold / VISA Gold 5 000 AZN (USD / EUR)
MasterCard Platinum / VISA Platinum 10 000 AZN (USD / EUR)


Kartla kredit xətləri aşağıdakı hallarda açıla bilər:

  • müxtəlif şirkət və təşkilatların əməkdaşları üçün iş yerindən arayış əsasında (girovsuz və zaminsiz), cari iş yerindən ən azı 6 ay stajı və ən azı 200 AZN məvacibi (vergilər çıxdıqdan sonra) olduqda, əməkdaşlar üçün məvacibin 1 mislinə qədər məbləğdə açıla bilər. Kredit xəttinin məbləği 200 - 5000 AZN / USD / EUR təşkil edə bilər.
  • Bank Respublika-nın əmanətçiləri üçün: əmanətin məbləği ən azı 1000 AZN / USD / EUR və müddəti ən azı 12 ay olduqda, əmanət məbləğinin 80% həcminə qədər.


Plastik kartın alınması qaydası

Bank Respublika-da plastik kartı kredit xətti olmadan və ya kredit xətti ilə almaq olar. Birinci halda müştəri yalnız karta daxil etdiyi vəsaitdən istifadə edə bilər, ikinci halda isə kredit xətti çərçivəsində Bankın vəsaitindən istifadə edə bilər.

Kredit xətti ilə və ya kredit xətti olmadan plastik kart almaq üçün Bankın hər-hansı ofisinə yaxınlaşmaq lazımdır və ya sayt vasitəsi ilə onlayn sifariş formasını doldurub göndərmək lazımdır.

Kredit xətti olmayan kartın onlayn sifarişi


Onlayn sifariş olduqda Bankın əməkdaşı müştəriyə zəng edir və lazımı məlumatları dəqiqləşdirir. Sonra isə təyin edilmiş gün müştəri şəxsiyyət vəsiqəsi ilə Banka gəlir və:

  • müvafiq sənədləri imzalayır
  • karta ilkin ödənişi edir və sığorta depozitini ödəyir (kart üzrə kredit xətti olmadıqda)
  • iş yerindən arayışı təqdim edir (kart üzrə kredit xətti olduqda)
  • plastik kartı alır

Tanışlıq üçün:

Həmçinin tanış ola bilərsiniz:

 Qızıl külçələr

 MobilBank xidməti
Tel.: (+994 12) 598 08 00
E-mail: info@bankrespublika.az
Netty2008 Winner

© Bank Respublika, 2006 – 2010
Website by MEQA company
Deutsche Übersetzung von Kvaloy Nettverk