Ümumi vəzifə öhdəlikləri:
- Mobil tətbiqlərin işlənilməsi üzrə texniki tapşırıqların hazırlanması;
- Mövcud tətbiqlərin funksional testi (front-end və back-end), veb-servislərin keyfiyyətinin izlənilməsi;
- Mobil tətbiqlərin daxili biznes məntiqinin inkişaf etdirilməsi;
- Mobil tətbiqlərin keyfiyyətinə nəzarət edilməsi;
- Xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması;
- Daxili hesabatların hazırlanması və onların təhlili.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- İş təcrübəsi: texniki tapşırıq və biznes proseslərinin təhlili əsasında proqram təminatlarının hazırlanması, onların testdən keçirilməsi, düzəlişlərin edilməsi, sistemlərin avtomatlaşdırılması, layihələrin hazırlanması və icrası üzrə arzuolunandır;
- Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili texniki səviyyədə arzuolunandır;
- Sistemli şəkildə düşünmək və məhsulu inkişaf etdirə bilmək bacarığı;
- Proqressiv düşüncə tərzi və çərçivələrdən kənara çıxma bacarığı;
- Məlumatlar əsasında təhliletmə və düzgün qərarvermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 May 2023-cü il tarixinədək email-in mövzu hissəsində Mobil tətbiqlər üzrə analitik qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.