Bakı, 28 fevral, 2022. Ötən həftə Azərbaycan Banklar Assosiasiyası ənənəvi “Bankçılıq Mükafatları – 2021” adlı tədbir keçirib və ölkə banklarını 2021-ci ildəki fəaliyyətinə görə mükafatlara layiq görüb.
Bank Respublika tərəfindən həyata keçirilən layihələr bütün nominasiyalar üzrə qalib seçilərək 5 mükafat qazanıb:
- Korporativ sosial məsuliyyət layihələri həyata keçirən ən fəal bank;
- Ən fəal maliyyə savadlılığı dəstəkçisi;
- Ən fəal təhsil dəstəkçisi;
- Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ən fəal bank;
- Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ən fəal bank.