BankRespublika

Internet Bank

Bank Respublika fərdi və korporativ müştərilərə Internet Bank xidmətini – müştəriyə banka gəlmədən xidmətlərdən istifadə imkanı verən uzaqdan bank xidməti texnologiyasını təklif edir.

Internet Bank xidməti müştəriyə dünyanın istənilən yerində hər gün 24 saat ərzində İnternetə çıxışı olan istənilən kompüterdən Bank Respublika-da olan öz hesablarını izləmək imkanı verir.

Fərdi müştərilər, həm də şirkət və təşkilatlar bu xidmətdən istifadə edə bilərlər. Internet Bank xidmətindən istifadə üçün əlavə biliklər tələb olunmur.

Internet Bank xidməti hesab üzrə aşağıdakıları izləməyə imkan verir:

  • Hesablar üzrə qalıqları
  • İstənilən müddət üçün hesab üzrə çıxarışları
  • İstənilən müddət üçün valyuta kurslarını

Internet Bank xidmətindən istifadənin üstünlükləri

  • Operativlik – Internet Bank operativ olaraq bütün zəruri məlumatları almaq imkanı verir və bu da şübhəsiz ki, maliyyə məsələlərində çox vacibdir
  • Əlverişlik – Internet Bank xidmətindən dünyanın istənilən yerində hər gün 24 saat ərzində İnternetə çıxışı olan istənilən kompüterdən istifadə etmək olar
  • Sadəlik – bankla əlaqə üçün müştəri standart internet-brauzerdən istifadə edir və bunun sayəsində sistem müstəqil platforma şəklində olur və İnternetə çıxışı olan istənilən kompüterdən istifadə etməyə imkan verir
Internet Banking-ə daxil ol
Internet Banking-ə qoşulmaq üçün ərizə

Xidmətə qoşulma qaydası

Internet Bank xidmətindən istifadə üçün Bank Respublika-ya ərizə ilə müraciət etmək lazımdır. Müvafiq sənədlər imzalandıqdan sonra müştəriyə Internet Bank sisteminə qoşulmaq üçün login və parol verilir.