BankRespublika

İpoteka

Bank Respublika Azərbaycan İpoteka Fondunun müvəkkil bankı olaraq, 150 000 AZN məbləğinədək ipoteka kreditləri təklif edir. 

Kredirin şərtləri üzrə ümumi məlumat aşağıdakı kimidir:

Şərtlər
Adi İpoteka
Güzəştli İpoteka
Məbləğ
5,000 - 150,000
Müddət
3 - 25 il
3 - 30 il
İllik faiz dərəcəsi
8%
4%
İlkin ödəniş
25%
15%
Təhlil haqqına görə komissiya
0,1%
Borcalanın/birgəborcalanın gəlirinə dair tələb
OPTI < 60% (Borcalanın xalis gəlirinin 60% aylıq kredit ödənişlərinin cəmi ola bilər)
Borcalanın və ailə üzvünün xərci
200 AZN
Yaş həddi
Kişi - 63, Qadın - 60
Sığorta
Borcalanla əmlak və həyat sığortasının müqaviləsi müddətin sonuna qədər bağlanılır.
Ödənişlər - birinci il tam olaraq ödənilir. Növbəti illəri isə kredit verildiyi andan hər ay annuitet ödənişlə birlikdə hissə-hissə ödənilir.
Kredit verilə bilər
Sumqayıt və Bakı filialları tərəfindən
Alınan əmlakın yerləşdiyi ərazi
Bakı, Sumqayıt və Xırdalan



İPOTEKA KREDİTİNİN ALINMASI ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR 

  • Borcalanın (borcalanların) şəxsiyyətini təsdiq edən sənəd və sənədin surəti;
  • Nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti;
  • Borcalanın (borcalanların) yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;
  • Borcalanın (borcalanların) iş yerini və gəlirlərini təsdiq edən sənədlər;
  • Şəxsin güzəştli kateqoriyaya aid olduğunu təsdiq edən sənəd (şəxs güzəştli kateqoriyaya aid olduqda).


 BORCALAN (BORCALANLAR) FƏRDİ SAHİBKAR OLDUQDA

  • Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçdiyi barədə şəhadətnamənin surəti;
  • Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi.

Qeyd: Tələb olunan sənədlər elektron sistem vasitəsilə, bu mümkün olmadıqda isə kağız daşıyıcılarda təqdim edilməlidir.


İPOTEKANIN RƏSMİLƏŞDİRİLMƏSİNDƏN SONRA TƏQDİM OLUNMALI SƏNƏDLƏR

  • İpoteka müqaviləsinin (Qarışıq müqavilə) və ipoteka kağızının əsli və onların dövlət qeydiyyatından keçməsini təsdiqləyən sənədlər.
  • Borcalanın (borcalanların) həyatın ölüm halından və əmək qabiliyyətinin itirilməsinin və ipoteka predmetinin sığortalanmasını və sığorta ödənişlərinin ödənildiyini təsdiqləyən sənədlər.