BankRespublika

Müddətli əmanət

Bank Respublika müştərilərə Bankda əmanət yerləşdirib stabil və etibarlı gəlir mənbəyi əldə etməyi təklif edir. Bank Respublika-da əmanət həm müştərinin öz adına, həm uşağın adına, həmçinin üçüncü şəxsin adına açıla bilər. Bu amil faiz dərəcəsinə təsir etmir.

Əmanətlərin sığortalanması

Bank Respublika “Əmanətlərin sığortalanması haqqında” dövlət qanununa əsasən yaradılmış Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Əhalinin Bankda yerləşdirilmiş əmanətləri Fondun şərtlərinə əsasən sığortalanır. “Əmanətlərin sığortalanması haqqında” dövlət qanununa əsasən sığorta halı yarandıqda Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanmış əmanət üzrə ödənilən kompensasiyanın məbləği əmanətin 100% həcmində təşkil edir.

Əmanəti vaxtından əvvəl götürülmə şərtləri

Əmanətçi öz əmanətini Bankdan vaxtından əvvəl də geri götürə bilər. Əmanətçi əmanəti geri istəyərsə Bank əmanətin tam məbləğini maksimum 5 iş günü ərzində əmanətçiyə qaytarır. Bu öhdəlik əmanət Banka yerləşdirilərkən imzalanan müqavilədə də əks olunur. Əmanəti vaxtından əvvəl götürdükdə əmanət üzrə hesablanmış faizlər müştəriyə əmanətin faktiki müddətindən asılı olaraq ödənilir. Əgər, əmanətin faktiki müddəti:

  • 90 gün və daha azdırsa – hesablanmış faizlər ödənilmir
  • 91 – 365 gündürsə – hesablanmış faizlərin 45 %-i ödənilir
  • 366 gün və daha çox – hesablanmış fazilərin 75% -i ödənilir

 Manat (AZN) üzrə

 
Fiziki şəxslər
Aylar
Aylıq
əsasda
Müddətin sonunda
12
8,5% (illik)
9% (illik) 
18 9,5% (illik) 10% (illik)
24 10% (illik) 10,5% (illik)

ABŞ dolları üzrə

 

Fiziki şəxslər

Aylar
Aylıq
əsasda
Müddətin sonunda
12
1.5% (illik)
2% (illik)
18 1.75% (illik) 2% (illik)
24 2% (illik) 2% (illik)

* 500 min. AZN-dən yuxarı məbləğlər üzrə faiz dərəcəsi fərdi qaydada təyin olunur.