BankRespublika

SMS Notification

Bank Respublika plastik kart sahibləri SMS Notification xidmətinə qoşularaq real zamanda öz kart hesablarına dair məlumat əldə edə bilərlər.

SMS Notification xidmətindən istifadə edərək kart sahibi mobil telefonuna kartı üzrə mədaxil və məxaric əməliyyatları üzrə sms xəbərdarlıq alır. Bununla yanaşı kart sahibi kart hesabının qalığı haqqında məlumat əldə edir ki, bu da şəxsi xərclərin idarə edilməsində yardımçı olur. Xidmət həmçinin maaş kart sahibləri üçün faydalıdır. Onlar hesaba maaş hesablanan zaman ani olaraq telefona xəbərdarlıq alır.

Xidmətə qoşulmaq üçün bank və ya mobil operatora müraciət etmək lazım deyil, xidmətə istədiyiniz zaman Bank Respublika-nın bankomatları vasitəsilə qoşula bilərsiniz. Bunun üçün bankomatın menyusunda “xidmətin ödənilməsi” - “servis” – “digər xidmətlər” - “SMS Notification” və mobil telefon nömrəsini yığaraq telefonunuza SMS xəbərdarlıq alacaqsınız. Xidmətin aylıq istifadə  haqqı –  0.99 AZN təşkil edir.

SMS Notification xidməti haqqında daha ətraflı məlumat