Bank Respublika
BankRespublika

MobilBank

MobilBank xidmətinin köməyi ilə müştəri mobil telefon vasitəsilə    

əvvəlcədən "MobilBank" xidmətinə qoşulmuş ona məxsus bank

kartları üzrə aşağıdakı əməliyyatları apara bilər:

•         Kommunal xidmətlərin ödənişi

•         Mobil operator xidmətlərinin ödənişi

•         İnternet provayderlər xidmətlərinin ödənişi

•         Pulun kartdan karta köçürülməsi

•         Kartın bloklaşdırılması

•         Hesabdan çıxarışın alınması

•         Kartın balansı haqqında informasiyanın alınması

•         Cash-By-Code əməliyyatı

Sistemin üstünlükləri

•         Əməliyyatların real vaxt rejimində həyata keçirilməsi

•         Yerləşdiyi yerdən və vaxtdan asılı olmaması

•         SİM kart dəyişmədən xidmətə qoşulma imkanı

•         Banka müraciət etmədən qoşulma imkanı

•         İstənilən mobil operator nömrəsi ilə qoşulma imkanı

Məlumatların təhlükəsizliyi

•         Bütün ötürülən məlumat şifrələnir

•         Xüsusi kitabxanalar ötürülən məlumatın təhlükəsizliyinə zəmanət verir

•         Midlet icazəsiz telefon istifadəsini aradan qaldıran xüsusi PİN kodla təmin olunmuşdur

•         Məlumatlar midletdə saxlanılmır. Hostda yoxlanılır


Sistemə qoşulma proseduru

Bank Respublika plastik kartının sahibi bankomatın menyusunda “Xidmətlər” bölməsini seçir, sonra “Xidmətlər” menyusunda “MobilBank qeydiyyat” bölməsi seçilir, daha sonra bankomatda seriya nömrəsi və komponentlər olan çek çap olunur.

MobilBank xidməti üçün əlavələri Play Market və App Store-dan yükləmək mümkündür.