BankRespublika

Cash-in

Bu xidmət vasitəsilə standart əməliyyatlardan başqa Cash-in bankomatları Bank Respublikanın plastik kart sahiblərinə manat və ABŞ dollarında olan kart hesablarına nağd pul vəsaitlərilə artırmaq imkanı verir. Pulların qəbulu online rejimində həyata keçirilir, bankomata əlavə olunan vəsaiti dərhal istifadə etmək mümkündür.

Bankomat şəbəkəsi

Cash-in xidməti haqqında daha ətraflı məlumat.

Azericard şəbəkəsində kart hesabının valyutasından fərqli valyutada Cash in əməliyyatı aparıldıqda Mərkəzi Bankın əməliyyat gününə təyin etdiyi məzənnə ilə konvertasiya həyata keçirilir. Əməliyyat sona yetirildikdən sonra məbləğ müştərinin kartında aktivləşdirilir, lakin bloklanmış vəziyyətdə qalır və 0,5% konvertasiya haqqı və 1,5% əlavə bloklanma (valyuta məzənnəsinin dəyişməsi riskini azaldan bloklanma) xərclərini çıxmaqla konvertasiya olunmuş məbləğdən ibarət olur. Bundan sonra həmin məbləğ silinir. Əməliyyat 14.00-dək aparıldıqda, silinmə eyni məzənnə ilə həyata keçirilir. Əməliyyat 14.00-dan sonra aparıldığı təqdirdə məbləğ növbəti iş gününə təyin edilmiş məzənnəyə əsasən silinir (0,5% konvertasiya haqqı çıxılır, amma 1,5% müştərinin hesabına qaytarılır.

Əməliyyatlara dair aktual tarif və limitlərlə bağlı məlumat bu linkdə verilir.

Misal:

Müştəri saat 14.15-də dollarda açılan kart hesabına 1000 manatlıq mədaxil edir

Əməliyyat günü Mərkəzi Bankın təyin etdiyi məzənnəyə əsasən 1 USD = 1.0479 AZN olub

Müştərinin hesabına mədaxil olunan məbləğ (954.29-0.5%)-(954.29*1.5%) = 949.52-14.31=935.21 USD

Əməliyyat günü Mərkəzi Bankın təyin etdiyi məzənnəyə əsasən 1 USD = 1.047 AZN olub

Müştərinin hesabına mədaxil olunan məbləğ 1000/1.047=955.11-0.5%=950.33