BankRespublika

Cash by code

«Cash by Code» - hətta kartı olmayan şəxslərə də pul göndərə biləcəyi xidmət növüdür.

Pul göndərmək üçün bankomatın menyusundan «Cash by Code» ­– «Pul göndər» xidməti seçilməlidir. Sonra Siz pul göndərmək istədiyiniz şəxsin mobil nömrəsini və köçürmənin məbləğini daxil edirsiniz.

Bankomat 2 hissəli xüsusi kod hazırlayır - birinci hissə Sizin üçün çap edilir, ikinci hissə isə pulu alana SMS vasitəsilə göndərilir. Sizdən kodun 1-ci hissəsini öyrəndikdən və SMS-lə 2-ci hissəni aldıqdan sonra alıcı sadəcə olaraq bankomat üzərində yuxarı sağ düyməni sıxır, əldə olunmuş kodu daxil edir və ona göndərilən məbləği alır. Kod 24 saat müddətində qüvvədədir.
Bu əməliyyatı keçirmək üçün vəsaiti alana kart tələb olunmur. Hətta bu əməliyyatı həm Bank Respublika, həm də Azərbaycan Beynəlxalq Bankı, AGBank, AtaBank, Xalq Bank və s. daxil olmaqla, digər 25 bankın 1200-dən artıq bankomatında həyata keçirmək mümkündür.