Bank Respublika
BankRespublika

Ofis24

Ofis24 -iş vaxtı banka gələ bilməyən müştərilər üçün yaradılan Bank Respublika şöbəsidir.

Ofis24 bugün Azərbaycanda şənbə və bazar günləri daxil olmaqla həftənin bütün günləri 24 saat ərzində fiziki şəxslərə xidmət göstərən ilk bank şöbəsidir.

Bildiyiniz kimi, 2005-ci il tarixindən bu günə kimi bankımızın OFİS24 şöbəsi bazar və bayram günləri daxil olmaqla, günün 24 saatı Müştərilərimizə xidmət göstərir.  

 OFİS24 şöbəsində aparılan əməliyyatlar aşağıdakılardır.

  • Bankın bütün filial və şöbələrdə açılmış cari hesablar, plastik kart hesabları, hüquqi şəxslərin cari hesabları, notarius hesablarına mədaxillər.
  • Bütün köçürmə sistemləri vasitəsilə Pul köçürmələri
  • Post kredit (POS Terminal vasitəsilə) karta dərhal mədaxil edilməsi və ya Cash-in xidməti
  • Kommunal ödənişlərin qəbulu
  • Bankın bütün filial və şöbə Müştərilərin kart və cari hesablarından çıxarışlar
  • Plastik kartlara dair əməliyyatlar - mədaxil, məxaric, plastik kart üzrə çıxarış)  
  • FX-əməliyyatları - USD, EUR və GBP

OFİS24-də aşağıdakı əməliyyatlar aparılmır:

  • Cari hesabdan məxaric
  • Hesab qalıqlarına dair arayışın verilməsi
  • Əmanətin yerləşdirilməsi
Ünvan: Neftçilər pr, 67 (Funikulyor dayanacağının yanı)
Telefon: (012) 492 28 45