BankRespublika

Virtual Card

VirtualCard – İnternetdə mal və xidmətlərin haqqının ödənilməsi, həmçinin İnternet kazinolarda mərc əməliyyatları üçün istifadə olunan VISA sisteminin virtual kartıdır.
Virtual kartda onun 3 rekviziti göstərilir:

  • Kartın 16-rəqəmli nömrəsi
  • 3-rəqəmli CVV kod
  • Kartın istifadə müddəti

Bu parametrlərin 3-cü şəxslərə verilməsi məsləhət görülmür. VirtualCard-ın İnternetdə istifadəsi nəzərdə tutulduğundan onun maqnit zolağı və PİN-kodu yoxdur. Virtual kart vasitəsilə bankomatdan pul çıxarmaq və ya POS-terminal vasitəsi ilə mal / xidmətin haqqını ödəmək mümkün deyil. Virtual kartlar yalnız debet rejimində işləyir, bu kart üzrə kredit xətti açmaq mümkün deyil.

Virtual karta vəsaitləri məhz ödənişi aparmazdan əvvəl yerləşdirmək, ödəmədən sonra isə sıfır qalıq saxlamaq olar. Bununla da kart nömrəsinin İnternetdə kənar şəxslər tərəfindən öyrənildiyi halda vəsaitlərinizin qanunsuz çıxarılması ehtimalını praktiki olaraq istisna edə bilərsiniz.

İnternet şəbəkəsində ödəmələr

İnternetdə mal və ya xidmətlərin haqqının ödənilməsi üçün müvafiq saytda elektron anketdə kartın rekvizitlərini daxil etmək zəruridir. Tanış olmayan və şübhəli İnternet saytlarda kartdan istifadə olunması tövsiyə olunmur.

Kart məlumatlarını elektron anketə daxil etməzdən əvvəl alışın şərtləri, malın çatdırılması / xidmətin göstərilməsi, vergilərin olması, alışdan imtina edilməsi imkanı və sair məlumatlarla tanış olmaq tövsiyə edilir.

Müştərinin istəyinə əsasən müəyyən müddətə (gün, həftə, ay) və əməliyyat növünə (İnternet-kazinolarda mərc, oteldə nömrə sifarişi, avtomobil icarəsi və s.) virtual kartla vəsaitin xərclənməsinə limitlər təyin edilə bilər.

Vəsaitin kart hesabına daxil edilməsi və çıxarılması

VirtualCard-a vəsaiti Bank Respublika-nın ofislərində nağd və Card-to-Card əməliyyatı ilə nağdsız keçirmək olar. Digər kartdan köçürülən vəsaitlər VirtualCard hesabında vəsaitin daxil olmasından internet-mağaza tərəfindən bloklaşdırılmasına qədər daha qısa müddət qaldığına görə Card-to-Card əməliyyatı daha təhlükəsizdir.

Card-to-Card ilə vəsaitin köçürülməsini Bank Respublika-nın bankomatlarından və Card-to-Card xidmətinə qoşulmuş digər yerli bankların bankomatlarından, eləcə də Home Banking xidməti vasitəsilə həyata keçirmək olar.

VirtualCard-da olan vəsaiti digər karta Card-to-Card ilə nağdsız köçürmək və ya VirtualCard hesabına əlavə buraxılmış kart ilə çıxarmaq olar.

VirtualCard alma şərtləri

Kartın qiyməti və illik xidmət haqqı Pulsuz
Kart hesabına ilkin mədaxilin minimal məbləği  100 USD / AZN
Kart hesabının valyutası USD / AZN
Hesaba ilkin mədaxil 100 USD / AZN
Kartın müddəti 4 il

VirtualCard-dan istifadə tarifləri

Internetdə malların və xidmətlərin ödənişi 0%
Limitdən / qalıqdan artıq istifadə olunan məbləğə görə hesablanan cərimə 42% illik
İnternet-kazinolarda mərc əməliyyatları, lotereya oyunları və s. 3% (minimum 3 AZN / 3 USD)

“Bank Respublika” ASC-nin bank kartlarından istifadə və xidmət Qaydaları