BankRespublika

Kredit kartlar

Bank Respublika-nın plastik kartlarının əsas üstünlüklərindən biri kartla 500 - 5 000 manat məbləğində 45 günədək faizsiz kredit xətti almaq imkanıdır. 

Müştəri POS əməliyyatlarında istifadə etdiyi kredit məbləğini növbəti ayın 15-ci gününədək ödəyərsə, kreditə faiz hesablanmayacaq. Beləliklə, faizsiz kreditin müddəti 45 günədək ola bilər.

İstifadə edilən məbləğ növbəti ayın 15-ci gününədək ödənilməsə, növbəti gündən etibarən borc qalığı məbləğinə 29% illik dərəcəsi ilə faiz hesablanacaq.

Kredit kartlar müvvəqəti olaraq yalnız Bakı və Sumqayıt filiallarında təklif olunur.

 Plastik kart kreditlərinin verilməsi şərtləri:

Şərtlər
Bütün müştərilər
Məbləğ (limit)
500 – 5 000 AZN
Zaminsiz
500  - 3 000
Zamin ilə (təminat)
3 000 – 5 000
Müddət
12 ay
Güzəşt müddəti (yalnız POS əməliyyatlara)
45 gün
Faiz
29% depozit girovu ilə verilən kredit xəttləri daxil olmaqla
Tələb olunan sənəd
İş yerindən arayış. Min. 6 ay iş təcrübəsi.
Komissiya
2 %

Kredit kartlarında FİFD deyil, illik faiz dərəcəsi tətbiq olunur.