Bank Respublika
BankRespublika

Təhsil haqqı krediti

Bu məhsul Respublika ərazisində fəaliyyət göstərən təhsil ocaqlarında (ali, peşə-ixtisas və orta) ödənişli əsaslarla təhsil alan tələbə və şagirdlərin təhsil haqqlarının ödənilməsi üçün nəzərdə tutulub. Məhsul şərtləri ilə ətraflı olaraq aşağıda tanış ola bilərsiniz.

“Təhsil haqqı krediti”

Ərizəçi

Aşağıdakı şəxslərdən istənilən biri müvafiq məhsul üzrə ərizəçi qismində çıxış edə bilər.

Respublika ərazisində fəaliyyət göstərən təhsil ocaqlarında (ali, peşə - ixtisas və orta) ödənişli əsaslarla təhsil alan tələbənin;

  • Özü;
  • Həyat yoldaşı;
  • Valideynləri;
  • Bacısı / Qardaşı;
  •  Nənəsi / Babası.

Tələb edilən sənədlər

1. Ərizəçinin şəxsiyyəti təsdiq edən sənəd;

2. Tələbənin şəxsiyyətini təsdiq edən sənəd;

3. Gəlirləri təsdiq edən sənəd;

4. Müvafiq təhsil müəssisəsindən təqdim edilmiş və tələbənin ödənişli əsaslarla təhsil aldığını təsdiq edən arayış;

Qeyd: Şəxsiyyəti təsdiq edən sənədlər vasitəsilə əzirəçi və tələbənin qohumluq dərəcəsi sübut oluna bilməzsə nigah və ya doğum haqqında şəhadətnamə tələb edilə bilər.

Məbləğ

500 – 10,000 AZN

Müddət

Maksimum 12 ay

İllik faiz dərəcəsi

20%

Komissiya

1% (min.10 AZN)

Təminat

Kreditin məbləği 3000 AZN-dən çox olduqda zamin tələb edilir