BankRespublika

İkiqat Fayda əmanəti

Bank Respublika müştərilərə Bankda əmanət yerləşdirib stabil və etibarlı gəlir mənbəyi əldə etməklə yanaşı, faydalı sığorta məhsullarının qazanılması imkanını yaradır.

Belə ki “Bank Respublika”-da “İkiqat Fayda” əmanətini yerləşdirən müştəri “Bakı Sığorta” şirkətinin məhsullarını hədiyyə alır.

  • Ümumi məbləği yerləşdirilən əmanət məbləğinə bərabər olan 300-dən artıq sığorta hadisəsi növlərini əhatə edən “Fərdi qəza” sığortası
  • Müştərinin öz yə ya yaxınlarının adına olan bir avtomobil üçün KASKO sığortasına 50% endirim
  • Əmanət müddəti ərzində dünyanın istənilən ölkəsinə 10 günlük səyahət sığortası

Bank Respublika-da əmanət həm müştərinin öz adına, həm uşağın adına, həmçinin üçüncü şəxsin adına açıla bilər. Bu amil faiz dərəcəsinə təsir etmir.

 

*Təklif yalnız 15 000 – 100 000 AZN məbləğində yerləşdirilən əmanətləri əhatə edir

 

Əmanətlərin sığortalanması

Bank Respublika “Əmanətlərin sığortalanması haqqında” dövlət qanununa əsasən yaradılmış Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Əhalinin Bankda yerləşdirilmiş əmanətləri Fondun şərtlərinə əsasən sığortalanır. “Əmanətlərin sığortalanması haqqında” dövlət qanununa əsasən sığorta halı yarandıqda Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanmış əmanət üzrə ödənilən kompensasiyanın məbləği əmanətin 100% həcmində təşkil edir.

Əmanəti vaxtından əvvəl götürülmə şərtləri

Əmanətçi öz əmanətini Bankdan vaxtından əvvəl də geri götürə bilər. Əmanətçi əmanəti geri istəyərsə Bank əmanətin tam məbləğini maksimum 5 iş günü ərzində əmanətçiyə qaytarır. Bu öhdəlik əmanət Banka yerləşdirilərkən imzalanan müqavilədə də əks olunur. Əmanəti vaxtından əvvəl götürdükdə əmanət üzrə hesablanmış faizlər müştəriyə əmanətin faktiki müddətindən asılı olaraq ödənilir. Əgər, əmanətin faktiki müddəti:

  • 90 gün və daha azdırsa – hesablanmış faizlər ödənilmir
  • 91 – 365 gündürsə – hesablanmış faizlərin 45 %-i ödənilir
  • 366 gün və daha çox – hesablanmış faizlərin 75% -i ödənilir

Fiziki şəxslər

Aylar

Aylıq

əsasda

Müddətin sonunda

12

8% (illik)

8,5% (illik)

24

8,5% (illik)

9% (illik)

36

8,5% (illik)

9% (illik)