BankRespublika

MasterCard PayPass Sticker

İndi sifariş edin

 

Ödəniş zamanı artıq vaxt sərf edərək cüzdanda və ya cibinizdə lazım olan plasitk kartı axtarmağa daha ehtiyac yoxdur.

MasterCard PayPass texnologiyası üzərindən çalışan bu innovativ məhsuldan istifadə etməklə, Siz ödənişlərinizi bir toxunuşda həyata keçirə bilərsiniz. Bunun üçün, stikeri POS terminala yaxınlaşdırmaq kifayət edir ki, ödəniş PIN kod yığılmadan və təmassız olaraq birbaşa həyata keçsin.

PayPass Sticker Sizə istənilən əşyanı ödəniş vasitəsinə çevirmək imkanını yaradacaq.

Mobil Telefon, cüzdan və ya digər tez-tez istifadə etdiyiniz əşyanıza stickeri yerləşdirməklə onu ödəniş vasitəsinə çevirə bilərsiniz.

Əsas üstünlüklər:

  • Daim əliniz altında olan ödəniş vasitəsi
  • Bir toxunuş qədər sadə ödəniş imkanı
  • Bir neçə saniyə ərzində aparılan əməliyyat
  • Onlayn əməliyyatlar üçün daim aktiv
  • Təcübləndirən aksesuar və müasirlik rəmzi
  • İstənilən plastik karta bağlamaq imkanı
  • Təhlükəsiz və etibarlı

PayPass Sticker-i necə əldə etmək olar?

PayPass Sticker-ni adi bank kartı kimi onlayn sifariş etmək mümkündür və iki formada təklif olunur.

  1. Əsas kart

Bu formada Stikerinizdə fərdi hesab mövcud olacaq və vəsaitlər bu hesaba əlavə olunub xərclənəcək.

  1. Əlavə kart

Bu formada Stikeriniz digər plastik karta bağlanılır və Stiker ilə aparılan bütün əməliyyatlar əsas kartın hesabı üzrə keçirilir..

Bu Sticker bank kartlarının bütün imkanlarına və xüsusiyyətlərinə malikdir (vəsaitlərin nağdlaşdırılması və e-commerce əməliyyatları istisna olmaqla)

PayPass Sticker üç valyutada təqdim olunur AZN/USD/EUR

PayPass Sticker-in qiyməti 20 AZN təşkil edir.

PayPass Sticker üzrə tariflər 

 

İndi sifariş edin

 

PayPass Sticker-in istifadə qaydası necədir?

Sticker əldə olunandan sonra plastik çərçivədən ayırılır, istənilən əşya üzərinə yerləşdirilir və dərhal ödəniş üçün aktivdir.

PayPass Sticker ilə təmassız ödənişi dəstəkləyən istənilən POS terminalda 50 AZN-dək ödənişləri PİN kod yığılmadan həyata keçirmək mümkündür. 50 AZN-dən çox olan məbləğlər isə PİN kod vasitəsilə ödənilə bilər.

Stickeriniz aktiv olan kimi Sizin Mobil Şöbənizdə də göstəriləcək və adi kart kimi idarə edilə bilər. Başqa sözlə, Siz onunla aşağıdaki əməliyyatları həyata keçirə bilərsiniz:

  1. Card to Card
  2. Cash to Card
  3. Kommunal ödənişlərin ödənilməsi
  4. Hesaba mədaxil və məxaric
  5. Vektor sistemi ilə köçürmə
  6. Western Union sistemi ilə köçürmə
  7. Cash by Code
  8. SMS Notification

Həmçinin, PayPass Stickerə vəsaiti istənilən Cash-in bankomatından, MilliÖn və eManat terminalları üzərindən mədaxil etmək olar.

PayPass Sticker-ini yerləşdirdikdə bunları bilmək faydalıdır:

  • Mobil telefona yerləşdirdiyiniz zaman Stickeri telefonun aşağı hissəsinə horizontal (üfüqi)  formada yerləşdirməyiniz daha uyğun olar.

  • Həmçinin, Sticker mütləq üst tərəfi xaric yerləşdirilməlidir.
  • Ödəniş zamanı Stickeri POS terminalın ən yaxşı qəbul etmə imkanı olan yerlərinə yaxınlaşdırın. Adətən bu ekranın üstü və ya alt hissələridir.
  • Sticker mobil telefona yerləşdirilən zaman metal qablardan imtina etməniz məsləhət olunur.
  • Mobil telefonunuz NFC xidmətini dəstəkləyirsə onun söndürülməsi tövsiyə edilir.