BankRespublika

Pul köçürmələri

Bank Respublika əhaliyə dünyanın 200-dək ölkəsini əhatə edən təcili pul köçürmələri üzrə xidmətlər təklif edir.

Bank Respublika ilə təcili pul köçürmələrinin əsas üstünlükləri:

  • təcili pul köçürmə sistemlərinin geniş seçimi – Western Union,Форсаж,UPT,Contact, Blizko, Lider
  • geniş coğrafi əhatə – Bank Respublika ilə köçürmələr dünyanın 200-dək ölkəsini əhatə edir
  • valyuta - köçürmə ABŞ dolları və Rus rublu ilə həyata keçirilə bilər
  • yüksək sürət – pul köçürmələri 5 - 15 dəqiqə ərzində həyata keçirilir
  • pul köçürmələri üzrə aşağı komissiyalar (komissiyanı yalnız Göndərən ödəyir,vəsaiti alan komissiya ödəmir)
  • köçürmənin göndərilməsi / alınması zamanı sənədləşmənin sadəliyi
  • etibarlılıq – etibarlı müdafiə sistemi ilə qorunan pul köçürmələri pulun yalnız qeyd edilən şəxsə ödəniləcəyinə təminat verir

Təcili pul köçürmə xidmətləri Bank Respublika-nın 32 filial və şöbəsi tərəfindən göstərilir. Həmçinin müştərilərin rahatlığı üçün Bakıda Ofis24 fəaliyyət göstərir və həftənin bütün günləri 24 saat təcili pul köçürmələri də daxil olmaqla əhaliyə xidmət göstərir.

Təcili pul köçürmə sistemləri

VEKTOR - "Ölkədaxili Pul Köçürməsi"  
Əhatə: Azərbaycanın 21 regionu
Məntəqələrin sayı: 2000 - dən artıq
Köçürmə vaxtı: 1 dəqiqə
Tariflər    
     
Western Union  
Əhatə: 200-dən çox ölkə
Məntəqələrin sayı: 335 000-dən artıq
Köçürmə vaxtı: 10 dəqiqə
Tariflər    
     
Contact  
Əhatə: 167 ölkədən artıq
Məntəqələrin sayı: 330 000-dən artıq
Köçürmə vaxtı: 15 dəqiqə
Tariflər    
     
Blizko  
Əhatə: 115 ölkə
Məntəqələrin sayı: 7 000-dən artıq
Köçürmə vaxtı: 1 dəqiqə
Tariflər    
     
UPT  
Əhatə: Türkiyə
Məntəqələrin sayı: 15000-dən artıq
Köçürmə vaxtı: 1 dəqiqə
Tariflər    
     
Forsaj  
Əhatə: Rusiya
Köçürmə vaxtı: bir neçə dəqiqə
Tariflər    
     
Zolotaya Korona  
Əhatə: MDB və xarici ölkələr
Köçürmə vaxtı: bir neçə dəqiqə
Tariflər  

 

Pulun göndərilməsi / alınması üçün müştəri şəxsiyyət vəsiqəsi ilə Banka gəlməlidir.


Köçürmənin göndərilməsi qaydası

Pul köçürməsi göndərilərkən Göndərən aşağıdakıları qeyd etməlidir:

  • köçürmənin məbləği
  • alanın olduğu şəhər və ölkə
  • alanın tam adı
  • göndərənin tam adı
  • göndərənin telefon nömrəsi
  • göndərənin ünvanı
 

Köçürmənin alınması qaydası

Pul köçürməsi alınarkən Alan aşağıdakıları qeyd etməlidir:

  • alanın tam adı
  • alanın ünvanı
  • köçürmənin məbləği
  • göndərənin tam adı
  • göndərənin telefon nömrəsi (əgər bilirsə)
  • pulun hansı şəhər və ölkədən göndərildiyi
  • köçürmənin nəzarət nömrəsi