BankRespublika

Bank Respublika “100% SƏRFƏLİ” yeni il kampaniyasına başlayır

Ölkənin lider banklarından biri olan Bank Respublika, hər zaman olduğu kimi, Yeni il ərəfəsində də, müştərilərini ənənəvi kredit kampaniyası ilə sevindirdi!

Bankın start verdiyi “100% SƏRFƏLİ” kredit kampaniyasından yararlanan hər bir kəs yeni ildə öz xəyallarını həyata keçirə biləcək!

Belə ki, dekabr ayının 30-dək (daxil olmaqla) “Bank Respublika”ya müraciət edən müştərilərə nağd istehlak kreditləri  100% komissiyasız və illik 16%-dən başlayan SƏRFƏLİ faiz dərəcəsilə təklif olunacaq.

Kreditin maksimal mәblәği 30 000 manat, müddәti isә 24 ay tәşkil edir. Rəsmi gəlirdən asılı olaraq 20 000 AZN-dək məbləğdə kredit zaminsiz də təqdim edilə bilər. Qeyd edək ki, Bank Respublikada kredit götürmənin digər üstünlükləri çevik rəsmiləşdirmə və heç bir sığorta haqqının olmamasıdır.

Bu yeni il dostlarınızı, yaxınlarınızı və özünüzü sevindirmək istəyirsinizsə Bank Respublikanı seçin, xəyallarınız gerçəkləşsin!

Baş ofis

Ünvan: Bakı ş., Xaqani küç. 21
Telefon: (+994 12) 144, (+994 12) 598 08 00
Faks: (+994 12) 598 08 80
E-mail: Info@bankrespublika.az
İş vaxtı: Bazar ertəsi – Cümə: 9:00 - 17:30