BankRespublika

Bank Respublika ödəniş kartlarının istifadə müddətini uzatdı!

Bakı, 30 mart 2020-ci il. Respublikamızda koronavirus COVID-19 yayılması ilə bağlı #evdeqal kampaniyasına Bank Respublika tərəfindən daha bir dəstək gəldi.

Bank, infeksiyanın müştərilərin sağlamlığı üçün doğurduğu təhlükələri nəzərə alaraq, ölkə daxilində istifadə üçün, müddəti cari ilin mart, aprel və may aylarında başa çatacaq ödəniş kartlarının istifadə müddətini 2020-ci ilin iyul ayına qədər uzatdı.

Beləliklə, kartlarının istifadə müddəti cari ilin mart,aprel və may aylarında başa çatacaq müştərilərin banka gələrək kartlarının müddətini uzatmağa ehtiyac qalmamışdır. Müştərilər bu imkandan istifadə edərək kart vasitəsilə evdən onlayn sifarişlər edə bilər, habelə alış-verişlərini nağdsız olaraq kart vasitəsilə həyata keçirə biləcəklər.

Bundan başqa, müştərilər “Bank Respublika”nın bütün kartlarında olan təmassız ödəniş imkanından istifadə edərək vaxt itirməyərək ödənişlərini daha sürətli və rahat edə bilərlər.

Bank Respublika müştərilərə COVİD-19 virusunun kağız əsginaslarla yayılma ehtimalını azaltmaq üçün ödənişləri kartlar ilə nağdsız qaydada POS-terminallar vasitəsilə həyata keçirmələrini tövsiyyə edir.

Bununla müştərilər bankın geniş partnyor şəbəkəsində ödəniş edərək bonuslar qazanacaq, həm də virusun yayılmasına şərait yaradan kağız pulların sağlamlıq üçün yaratdığı risklərdən qorunmuş olacaqlar.

Baş ofis

Ünvan: Bakı ş., Xaqani küç. 21
Telefon: (+994 12) 144, (+994 12) 598 08 00
Faks: (+994 12) 598 08 80
E-mail: Info@bankrespublika.az
İş vaxtı: Bazar ertəsi – Cümə: 9:00 - 17:30