BankRespublika

“Mobil Şöbə” əlavəsi ilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürmək mümkün oldu!

Bakı, 06 aprel 2020. Bank Respublika, evdən çıxmadan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmək imkanı yaradaraq, növbəti dəfə koronavirus infeksiyası ilə mübarizə təşəbbüsünü dəstəklədi.

Belə ki, indi bütün Mobil Şöbə istifadəçiləri istənilən məbləği bir toxunuşla Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürə biləcəklər.

Köçürməni ödəniş kartı və ya bank hesabı ilə etmək mümkündür.

Bundan başqa, Mobil Şöbə əlavəsinin üstünlüklərindən biri də istənilən yerli bankın kartını əlavə etmək və ödəniş etmək imkanıdır. Bununla da, müştərilər, Mobil Şöbə əlavəsi ilə  Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edə biləcək.

Koronavirus infeksiyasının yayılması ilə əlaqədar, sağlamlıq risklərini nəzərə alaraq, Bank Respublika müştərilərə onlayn xidmət kanalları vasitəsilə bank əməliyyatlarını həyata keçirmələrini tövsiyə edir. Bu məqsədlə Bank, fiziki şəxslər üçün – “Mobil Şöbə”“İnternet Şöbə”, eləcə də hüquqi şəxslər üçün “İnternet Ofis” kimi bir sıra imkanlar təklif edir.

Baş ofis

Ünvan: Bakı ş., Xaqani küç. 21
Telefon: (+994 12) 144, (+994 12) 598 08 00
Faks: (+994 12) 598 08 80
E-mail: Info@bankrespublika.az
İş vaxtı: Bazar ertəsi – Cümə: 9:00 - 17:30