BankRespublika

Bank Respublika “Nargis” Fondunun aztəminatlı ailələrə dəstək kampaniyasına qoşuldu!

Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejimi elan olunduğu gündən etibarən “Nargis” fondu tərəfindən yaşlılara ərzaq bağlamları göndərildi. Fond nümayəndələri bildirdi ki, dəstək aksiyası davam etdiyi müddətdə COVİD-19 yayılması ilə əlaqədar köməyə ehtiyacı yaranmış müxtəlif insanlardan, xüsusən də aztəminatlı ailələrdən müraciətlər daxil oldu. Bu səbəbdən “Nargis” Fondu 14 aprel tarixindən etibarən xeyriyyə kampaniyasını davam etdirdi və vətəndaşlara dəstək olmaq istəyən hər kəsi kampaniyaya qoşulmağa çağırdı.

Bu xeyriyyə təşəbbüsünə dəstək verən ilk qurumlardan biri də ölkənin aparıcı banklarından biri olan - Bank Respublika oldu. Bank tərəfindən kampaniyaya ayrılmış vəsait aztəminatlı ailələrin bir ay ərzində ərzaq tələbatını təmin etdi. Qeyd edək ki, Bank Respublikanın dəstəyi ilə yardım almış ailələrin əksəriyyəti Bakı ətrafı qəsəbələrdə yaşayan aztəminatlı şəxslərdir.

Baş ofis

Ünvan: Bakı ş., Xaqani küç. 21
Telefon: (+994 12) 144, (+994 12) 598 08 00
Faks: (+994 12) 598 08 80
E-mail: Info@bankrespublika.az
İş vaxtı: Bazar ertəsi – Cümə: 9:00 - 17:30