BankRespublika

Kreditin onlayn ödənişi

Kredit borclarını onlayn ödəməyə imkanı yaradan xidmət.

Bank Respublika  müştərilərə kredit borclarını bankın rəsmi səhifəsi vasitəsilə  onlayn ödəmək imkanı yaradan “cari hesaba mədaxil” xidmətini təqdim edir.  Bank yenidən müştərilərin vaxtına qənaət etmək məqsədilə rahat və etibarlı ödəniş üsulunu tərtib edib.

İnternet vasitəsi ilə www.bankrespublika.az  “Kreditin onlayn ödənişi” səhifəsinə daxil olub hesab və şəxsiyyət vəsiqəsinin nömrəsini daxil edin (seriyanın yalnız rəqəm hissəsini AZE 12345678). Növbəti səhifələrdə ödəniləcək məbləği ( 3000 AZN-dən çox olmamalı), kredit kart məlumatlarını və təhlükəsizlik kodunu qeyd etmək lazımdır. İstifadəçi sorğunun yerinə yetirilməsi barədə məlumatlandırılır.

Cari hesaba vəsaiti köçürəndən sonra hesaba bağlı kredit uzrə borc müəyyən edilib kredit cədvəlinə uyğun silinəcək, kredit borcu avtomatik olaraq cari hesabdan ödəniləcək.

Plastik kart üzrə kredit borcunun onlayn ödənilməsi üçün həmin karta bağlı cari hesab nömrəsini (daxil edilməsi vacib olan) Bankda dəqiqləşdirmək lazımdır(kart nömrəsi bu əməliyyatın aparılması üçün istifadə olunmur). 

Kredit borcunun onlayn ödənilməsi üçün, lütfən müvafiq bölməyə keçin