Bank Respublika
BankRespublika

Bank seyfləri

Bank Respublika qiymətlilərin, zərgərlik məmulatlarının, sənət əsərlərinin, qiymətli kağızların və sənədlərin saxlanılması üçün fərdi və korporativ müştərilərə bank seyflərinin icarəsini təklif edir.
Qiymətliləri evdə, ofisdə və ya bağ evində də saxlamaq olar, lakin əksər hallarda bu yerlərdə daimi və peşəkar mühafizə, siqnalizasiya, yanğın əleyhinə sistem olmur, oğurluq ehtimalı böyükdür, qiymətlilərin sığortalanması isə xeyli vəsait və onlar haqqında məlumatın açıqlanmasını tələb edir. Belə olduqda, bank seyfindən istifadə ən etibarlı və münasib qərardır.

Bank Respublika-da bank seyfi icarəsinin üstünlükləri:

  • Azərbaycanda ilk dəfə 9-cu müqavimət dərəcəsi ilə beynəlxalq sertifikatlaşdırma institutu tərəfindən sertifikatlaşdırılmış depozitari
  • Daimi  peşəkar mühafizə, depozitarinin zirehli qapısı, siqnalizasiya və yanğın əleyhinə sistem
  • Almaniyanın “Steinbach & Vollmann” şirkətinin yüksək məxfilik tələblərinə cavab verən xüsusi kilidləri
  • Saxlanılan qiymətlilər haqqında məlumatın tələb edilməməsi və bank sirri
  • Bank seyfinin istənilən müddətə icarəsi
  • İcarə müddətindən asılı olaraq güzəştli tariflər

Bank seyflərinin tarif dərəcələri

 
Aylıq qiymət, müddət:
1  ay 30 AZN
6 ay 28 AZN
12 ay 26 AZN
 
 
Aylıq qiymət, müddət::
1 ay 30 AZN
6 ay 28 AZN
12 ay 26 AZN
   
 
 
Aylıq qiymət, müddət::
1 ay 80 AZN
6 ay 70 AZN
12 ay 60 AZN
 
Aylıq qiymət, müddət:
1 ay 40 AZN
6 ay 30 AZN
12 ay 28 AZN