Bank Respublika
BankRespublika

Biznes kartları

MasterCard Business, VISA Business və VISA Business  Gold korporativ  kartları müəssisə hesabına əməkdaşın ezamiyyət, təsərrüfat və nümayəndəlik xərclərinin ödənilməsi üçün istifadə olunaraq, xərclərin ödənilməsini, həmçinin mühasibatda uçot proseslərini optimallaşdıraraq asanlaşdırır. MasterCard Business, VISA Business və VISA Business  Gold korporativ kartları həm Azərbaycanın ərazisində, həm də xaricdə istifadə oluna bilər.

Korporativ kartlarla sahib olan müəssisənin əməkdaşı, Azərbaycanda, həmçinin 200-dək ölkə ərazisində kartın digər üstünlüklərindən də istifadə edə bilər.

  • dünyanın 900 000-dək bankomat və bankları vasitəsilə kartda olan vəsaitin nağd pul şəklində çıxarılması (Bank Respublika-nın bankomat şəbəkəsindən məvacib kartı ilə nağd pulun çıxarılması kart sahibindən – müəssisənin əməkdaşından komissiya haqqı tutulmadan həyata keçirilir).
  • Azərbaycanda və xaricdə mağaza, otel, restoran, turizm və digər ticarət-xidmət məntəqələrində mal və göstərilən xidmətlər üçün nağdsız ödənişlərin aparılması (bu zaman kart sahibindən komissiya haqqı tutulmur)
  • nağdsız ödənişlərin aparılması, nağd pulun digər valyutada (əsasən gəldiyiniz ölkədə tətbiq olunan valyuta) çıxarılması
     

Kartların vacib üstünlüklərindən biri də xaricə gedərkən kartdakı vəsaitin bəyan etmək tələbinin olmamasıdır və beləliklə kartdakı pul vəsaiti sərhədi məhdudiyyətsiz keçir.