BankRespublika

Akkreditiv və zəmanətlər

Bank Respublika xarici banklar tərəfindən açılmış kredit xətlərinin hesabına müştərilərə ticarət əməliyyatlarının maliyyələşdirilməsini təklif edir. Baha olmayan xarici maliyyə mənbələrinin istifadəsi müştərilərə daha cəlbedici bank xidmətləri təklif etməyə imkan verir və bu da biznesin daha uğurlu və səmərəli aparılmasına kömək edir.

Bu xidmətlərdən istifadə etdikdə, mal alana əvvəlcədən pul vəsaiti ayırmağa və ya mal satanın hesabına avans köçürmək zərurət gəlmir. Bunun əvəzində mal alana xidmət göstərən bankın (“emitent bank”) buraxdığı akkreditiv və ya zəmanətin əsasında mal satan malı göndərir və müvafiq sənədləri öz bankına (“bank-benefisiar”) təqdim edir. Bu bank ödəniş edir və sənədləri emitent banka göndərir. Emitent-bank sənədləri aldıqdan sonra bank-benefisiarla hesablaşır və malı alandan ödənilmiş məbləği alır. Nəticədə həm mal satan, həm də malı alan qazanır.

Bank Respublika korporativ müştərilərə xarici ticarət üzrə aşağıdakı sənədli əməliyyatları təklif edir:

  • sənədli akkreditiv
  • beynəlxalq bank zəmanətləri
  • rezerv (stand-by) akkreditivlər
  • sənədli inkasso

Akkreditivlər

Bank Respublika korporativ müştərilərə sənədli akkreditivin təqdim edilməsi üzrə tam xidmətlər kompleksi təklif edir.

Akkreditivdən istifadənin Alıcı üçün üstünlükləri:

  • Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirdikdən sonra malın ödənişinə dair zəmanət
  • Mal / xidmətlərin akkreditivdə nəzərdə tutulmuş şərtlərə və müddətə uyğun alınmasına zəmanət
  • Ödəniş qabiliyyətinə təminat və qabaqcıl maliyyə alətlərinin nümayişi (endirim əldə etmək imkanı)
  • Ödəniş şərtlərinə çevik yanaşma
  • Ödəniş üçün möhlətin verilməsi

Akkreditivdən istifadənin Satıcı üçün üstünlükləri:

  • Mal / xidmətlərin ödənişinin alıcıdan asılı olmayaraq alınmasına zəmanət (akkreditivin bütün şərtlərinə əməl olunması faktı üzrə)
  • Ödəməni malın alıcıya çatdırılmasından tez almaq imkanı
  • Mal / xidmətlərin akkreditivdə nəzərdə tutulmuş şərtlərlə və müddət ərzində alınmasına zəmanət
  • Akkreditivin çevik sxemi sayəsində mürəkkəb kommersiya müqavilələrini həyata keçirmək imkanı

AKKREDİTİVİN AÇILMASI HAQQINDA ƏRİZƏ

İDXALIN MALİYYƏLƏŞDİRİLMƏSİ

EHTİYAT AKKREDİTİVİ

SƏNƏDLİ AKKREDİTİVİN SONRAKI MALİYYƏLƏŞDİRMƏSİ SXEMİ

Zəmanətlər

Bank Respublika müştərilərə aşağıdakı zəmanət növlərini təklif edir:

İdxal zəmanətləri:

  • ödəniş zəmanəti (payment guarantee)
  • tender zəmanəti (bid bound)
  • öhdəliklərin yerinə yetirilməsinə zəmanət (performance bond)
  • avans ödənişin qaytarılmasına zəmanət (advance payment guarantee)
  • zəmanətli öhdəliklərin yerinə yetirilməsinə zəmanət
  • kredit vəsaitlərinin qaytarılmasına zəmanət

İxrac zəmanətləri:

  • zəmanətlərin avizo edilməsi
  • digər bankların kontr-zəmanətləri əsasında zəmanətlərin buraxılması

Aparıcı beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın sayəsində Bank Respublika müştərilərə qabaqcıl beynəlxalq banklar tərəfindən təsdiqlənən akkreditivlər və zəmanətlər təklif edir.

Bank Respublika 2004-cü ildən etibarən Avropa Yenidənqurma və İnkişaf Bankının “Beynəlxalq Ticarətə Yardım Proqramı”nın üzvüdür və bu dünyanın bütün böyük banklarında kredit xətti açmaq imkanı verir. Azərbaycan şirkətləri üçün Almaniyadan mal və avadanlıqların gətirilməsinin uzunmüddətli maliyyələşdirilməsi üzrə 2005-ci ildə Bank Gesellschaft ilə razılıq əldə olunmuşdur. Bank Respublika həmçinin CitiBank, Commerzbank, Deutsche Bank, Dresdner Bank AG, HSBC, Banco de Sabadel, Raiffeisen, Agricole, Societe Generale, Nordea, Sberbank, Vneştorqbank və sair banklarla uğurla əməkdaşlıq edilir. Bank Respublika-nın akkreditiv və zəmanətini dünyanın 600-dən çox qabaqcıl bankı təsdiq edir.

BEYNƏLXALQ BANK ZƏMANƏTLƏRİ

Sənədləşmə proseduru

Ticarətin maliyyələşdirilməsi üzrə sazişlərin sənədləşdirilməsi üçün müştəri banka müraciət edir. Kredit mütəxəssisi ilə ilkin söhbətdən sonra akkreditiv və ya zəmanətin verilməsi üçün ərizə blankı doldurulur. Ərizədə ərizəçi haqqında, onun fəaliyyəti və maliyyə durumu, tələb olunan maliyyə vəsaitinin məbləği və hansı məqsədlə istifadə olunacağı haqqında məlumat verilir.

Müştəri xarici tərəfdaşla imzalanmış, akkreditiv ilə hesablaşmanı və ya bank zəmanətinin alınmasını nəzərdə tutan müqaviləni banka təqdim etməlidir. İlkin təhlildən sonra ərizə bankın kredit komitəsində baxılır və onun qəbulundan sonra maliyyə vəsaitinin verilməsinə başlanılır.

MÜŞTƏRILƏRƏ AKKREDITIVLƏR VƏ ZƏMANƏTLƏRIN BURAXILMASI HAQQINDA TÖVSIYƏLƏR