BankRespublika

İnsan resursları

İstənilən təşkilatın uğurlu fəaliyyəti və inkişafı üçün əsas şərtlərdən biri onun insan resursları və bu resursların öz funksiyalarını keyfiyyətlə həyata keçirmək qabiliyyətidir. Bu baxımdan təşkilatın öz əməkdaşları üçün yaratdığı iş şəraiti və imkanlar da mühüm əhəmiyyət kəsb edir.

Bank Respublika əməkdaşlarına sadəcə maraqlı iş deyil, həmçinin peşəkar inkişaf və karyera irəliləyişi imkanı təklif edir. Bu məqsədlə Bankda istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyələrinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparılır.

Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Bankın kollektivinə və dolğun korporativ həyatına qoşulmaq istəyirsinizsə, Sizə aşağıda qeyd olunan cari vakansiyalar siyahısı ilə tanış olmağınızı təklif edirik.

Maraqlanan şəxslər öz CV formalarını hr@bankrespublika.az elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

 

Vakansiya Müraciət üçün son tarix
“Kart texnologiyalarının inkişafı üzrə baş mütəxəssis” 12.12.2018
“İstehlak kreditləri üzrə mütəxəssis” 12.12.2018
“Kiçik və Orta Biznes kreditləri üzrə mütəxəssis” 12.12.2018
“Sənədli əməliyyatlar üzrə aparıcı mütəxəssis (Trade Finance)” 12.12.2018
“İnformasiya təminatı şöbəsinə mütəxəssis (SQL Developer) 12.12.2018
“Kredit üzrə arxa ofis mütəxəssisi (Bakı və Bərdə filialı) 12.12.2018
“Bərdə filialı üzrə aqro və mikro kredit mütəxəssisi 12.12.2018
“Web developer 12.12.2018
“Təsərrüfat işləri üzrə mütəxəssis 12.12.2018
“Problemli kreditlər üzrə mütəxəssis (Şəki, Qax, Bərdə) 12.12.2018
“Hesab üzrə mütəxəssis (Bərdə filialı) 12.12.2018
“Back end developer 15.12.2018