BankRespublika

Plastik kartlar

İndiki zamanda plastik kartlar hər bir aktiv adamın həyatının ayrılmaz hissəsidir. Onların köməyilə nağd pul çəkmək, mal və xidmətləri nağdsiz şəkildə ödəmək, İnternetdə elektron ödənişlər etmək və s. əməliyyatları həyata keçirmək mümkündür.

Lakin Bank Respublika Sizə bizim kartımıza daha geniş nöqteyi nəzərdən - öz pullarınızı İnternet və ya mobil telefon vasitəsilə idarə etmək, yaxınlarınıza pul göndərmək, İnternet vasitəsilə etdiyiniz ödənişləri təhlükəsizləşdirmək və hər zaman hesabınızın vəziyyətindən xəbərdar olmaq imkanı verən çoxfunksiyalı maliyyə aləti kimi baxmağı təklif edir.

Bütün bunlar  "MobilBank", "Home Banking", "Card-to-Card", "Cash by code", "SMS Notification", "PIN Change" , "3D Secure",Mobil Şöbə  və "İnternet Şöbə" kimi əlavə xidmətlər vasitəsilə mümkündür.

Bundan əlavə Bank Respublika MasterCard International və VISA International ödəniş sistemlərinin kartlarını pulsuz və illik xidmət haqqı almadan təklif edir.

Plastik kartın alınması qaydası

Həm debet kart, həm də kredit xətti olan plastik kart növləri vardır. 1-ci halda, Siz yalnız öz vəsaitinizdən, 2-ci halda isə, əlavə olaraq, kredit xətti çərçivəsində Bankın vəsaitlərindən istifadə edə bilərsiniz.

Kredit xətti ilə kart əldə etmək üçün Siz, son iş yerinizdə stajınızın 6 aydan az olmaması şərtilə, Banka iş yerindən arayış təqdim etməlisiniz. Sizin sifarişinizə 2 iş günü ərzində baxılacaqdır.Sonra təyin edilən gün Siz şəxsiyyət vəsiqənizlə Banka yaxınlaşıb, ilkin ödənişi hesaba keçirərək (kartın növündən asılı olaraq) plastik kartı ala bilərsiniz.

Plastik kart itirildikdə nə etməli?

Kartı itirildikdə müştəri  üçün ən operativ variant MobilBank və ya İnternet Bank xidməti  vasitəsilə kartın bloklaşdırmalısıdır.

Bununla yanaşı, banka dərhal müraciət edərək kartın bloklaşdırmalısı da mümkündür. Əlaqə nömrələri: 144 / Ofis 24 - (+994 12) 492 28 45, 492 65 80

 

“Bank Respublika” ASC-nin bank kartlarından istifadə və xidmət Qaydaları