Bakı, 16 sentyabr, 2026. Ölkəmizdə sahibkarlığın inkişafına xüsusi önəm verən Bank Respublika, sahibkarların maliyyə imkanlarını genişləndirmək və bizneslərinin inkişafına əlavə dəstək göstərmək məqsədilə “FAİZSİZ 100 GÜN” adlı mikro və aqro kredit kampaniyasına start verib.
Yeni kampaniya çərçivəsində Bank Respublika-dan mikro kredit rəsmiləşdirən müştərilər kredit müddətinin son 100 günüdək olan dövr üzrə faiz ödəməyəcəklər. Beləliklə, sahibkarlar bizneslərinin inkişafı üçün lazım olan maliyyə vəsaitini indi əldə etməklə yanaşı, kredit müddətinin sonunda əlavə maliyyə üstünlüyündən yararlana biləcəklər.
Kampaniyanın digər özəllikləri:
- Məbləğ: 100 000 AZN-dək;
- Müddət: 48 ayadək;
- İllik faiz dərəcəsi - min. 10%
- Güzəşt müddəti: 12 ayadək;
- Zaminsiz və tranşla kredit imkanı;
- Təminatdan asılı olaraq komissiyasız kredit;
- Kredit xətti açılması imkanı;
- Sərbəst ödəniş qrafiki
Kampaniya 11 dekabr 2026-cı il tarixinədək davam edəcək.
Kredit ticarət, kənd təsərrüfatı, xidmət, istehsal, nəqliyyat və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına təqdim olunur.







