Bankın Risklərin İdarəedilməsi üzrə Siyasəti“Banklar Haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Mərkəzi Bankı və Maliyyə Bazarlarına Nəzarət Palatasının normativ xarakterli hüquqi sənədləri, Bazel Komitəsinin bununla əlaqədar tələblərivə“Bank Respublika” ASC-nin Nizamnaməsi əsas götürülərəkmüəyyən edilir.
Siyasətin funksiyaları aşağıdakı kimidir:
- Ortaya çıxa biləcək mənfi hallarda Bankın zərərini minimum səviyyədə saxlamaq istiqamətində işləri planlaşdırmaq;
- Risklərin azaldılması məqsədiylə lazımi limit və məsuliyyətləri müəyyənləşdirmək;
- Fövqəladə hallarda bankın normal fəaliyyətini təmin etmək;
- Bankın uzun müddət riskə məruz qalmasının qarşısını alan tədbirlər görmək;
- Bank vəsaitləri və aktivləri arasında ən uyğun balansı saxlamaq;
- Aktiv və passivlərin effektiv bir şəkildə idarə olunmasını təmin etmək.
Siyasətin əsas prinsipləri
Risklər barədə məlumatlı olmaq:
Rəhbərliyin iştirakı və məlumatlı olması:
Risklərin məhdudlaşdırılması:
Vəzifələrin bölgüsü:
1-ci müdafiə xətti- bu kateqoriyaya fəaliyyətləri Banka birbaşa risklər yaradan bütün qruplar,Bankın müştərilərinə xidmət göstərən filial və şöbələri, habelə məhsul və xidmətlərin inkişafını həyata keçirən struktur bölmələr daxildir.
2-ci müdafiə xətti- Bankda risklərin idarə edilməsi, maliyyə və mühasibatlıq, hüquqi və komplayens, habelə təhlükəsizlik risklərinin idarə edilməsi fuksiyasını həyata keçirən struktur bölmələr daxildir. Hüquqi və komplayens risklərinin idarə edilməsi funksiyasını həyata keçirən bölmə bankın fəaliyyətinin hüquqi və tənzimləmə tələblərinə uyğunluğuna nəzarət edir.
3-cü müdafiə xəttinə - birinci və ikinci müdafiə xəttini qiymətləndirmək səlahiyyəti olan müstəqil daxili audit bölməsi aiddir. Daxili audit bölməsi prosedur və mexanizmlərin effektiv və təkmil olması, habelə onların uyğun şəkildə icrasının risk əsaslı və ümumi auditini həyata keçirir.
İnformasiya texnologiyaları və məlumatın keyfiyyəti
Metodların təkmilləşdirilməsi
Risk mədəniyyəti
Məlumatların açıqlanması
Risklərin idarəedilməsi prosesində aşağıdakı idarəetmə strukturları məsuliyyətdaşıyırlar:
- Müşahidə Şurası
- Risklərin İdarəedilməsi Komitəsi
- İdarə Heyəti
- Baş Risk inzibatçısı
- Kredit Komitəsi
- Aktiv və Passivlərin İdarəedilməsi Komitəsi
- Risklərin idarə edilməsi departamenti
- Bankın biznes bölmələri
- Daxili audit departamenti
Bankda risklərin idarə olunmasıyla əlaqədar qərar qəbul etmə prosesi aşağıdakı kimidir:
- Risklərin idarə edilməsi: Risklərin İdarəedilməsi Komitəsi tərəfindən verilən məlumatlara əsaslanaraq Müşahidə Şurası tərəfindən;
- Bazar və likvidlik riskləri: Aktiv və Passivlərin İdarəedilməsi Komitəsi tərəfindən verilən məlumatlara əsaslanaraq Müşahidə Şurası tərəfindən;
- Kredit riskləri: Kredit Komitəsi tərəfindən verilən məlumatlara əsaslanaraq MüşahidəŞurası tərəfindən;
- Əməliyyat riskləri: Risklərin İdarəedilməsi Komitəsi tərəfindən verilən məlumatlara əsaslanaraq MüşahidəŞurası tərəfindən;
- Strategiya, imic və digər risklər: İdarə Heyəti tərəfindən verilən məlumatlara əsaslanaraq Müşahidə Şurası tərəfindən.
Yenilənib: 24.05.2019