Təchizatçıların Alıcılarına qarşı olan pul tələblərinin və invoysların Bank tərəfindən maliyyələşdirilməsi məqsədilə invoys əsasında maliyyələşmə (invoys diskontlaşdırılması) məhsulunu təklif edirik
Şərtlər:
Məbləğ: 100 - 5,000,000 AZN-dək (maliyyələşmə AZN və ya USD/AVRO ekvivalentində ola bilər)
Müddət: 6 ayadək
Faiz: məbləğdən, müddətdən və sahibkarın bankın digər məhsullarından istifadə etməsindən asılı olaraq dəyişir
Girov: Daşınmaz əmlak, nəqliyyat vasitəsi, ev əşyaları, mal, zamin, Bank qarantiyası və s. girov qismində çıxış edə bilər
Üstünlüklər:
- Qısa müddət ərzində invoys əsasında maliyyələşmənin təsdiqlənməsi
- Minimal sənəd tələbi
- Əlavə xərclərin (sığorta, qiymətləndirmə) olmaması
- İnvoys əsasında maliyyələşmənin təminatsız verilməsi imkanın mövcudluğu (sahibkarın maliyyə göstəricilərindən və bankın digər məhsullarından istifadə etməsindən asılı olaraq)
- Debitor borclarının 90%-dək həcmində nağd vəsaitlərin dərhal əldə olunması
- Ticarət dövriyyəsinin həcminin artırılması və sürətlənməsi imkanı