Bank qarantiyası, geri çağırıla bilməyən və Ərizəçi adından digər tərəfə (Benefisara) verilən, yazılı tələbə və ya qarantiya müqaviləsində nəzərdə tutulmuş sənədin (və ya sənədlərin) təqdim edilməsinə qarşı ödəniş edilməsinə dair zəmanət sənədidir.

Şərtlər:

Məbləğ: 100  -  5,000,000 AZN-dək (kredit AZN və ya USD/AVRO ekvivalentində verilə bilər)

Müddət: 36 ayadək

Faiz: məbləğdən, müddətdən və sahibkarın bankın digər məhsullarından istifadə etməsindən asılı olaraq dəyişir

Girov: Daşınmaz əmlak, nağd vəsait, nəqliyyat vasitəsi, ev əşyaları, mal, zamin, bank qarantiyası və s. girov qismində çıxış edə bilər 

 

Bank Respublikada qarantiya məhsullarından yararlanmağın əsas üstünlükləri:

  • Qarantiyanın xərclərinin kredit xərclərindən daha aşağı olması
  • Qısa müddət ərzində qarantiyanın təsdiqlənməsi
  • Minimal sənəd tələbi
  • Əlavə xərclərin (sığorta, qiymətləndirmə) olmaması
  • Dünyanın aparıcı banklarının təsdiqi ilə qarantiyaların verilməsi (Commerzbank, Raiffeisen Bank International və digər banklar da daxil olmaqla)
  • Qarantiyaların təminatsız verilməsi imkanı (sahibkarın maliyyə göstəricilərindən və bankın digər məhsullarından istifadə etməsindən asılı olaraq)
  • Müştərilərə fərdi yanaşma
  • Əlavə maliyyə resursu cəlb etmədən ticarət fəaliyyətinin həyata keçirilməsi imkanı
  • Ticarət müqavilənin ödəmə şərtlərinə dair hissənin hazırlanmasında bank əməkdaşlarının təcrübəsindən istifadə etmək imkanı

Bank qarantiyalarının Satıcı üçün üstünlükləri:

  • Ödənişin icra edilməməsi riskinin aradan qaldırılması
  • Böyük layihələrin tenderində iştirak etmək imkanı
  • Defolt vəziyyəti yarandıqda, bank qarantiyasının olmasına görə rahatlıq
  • Yerli valyutada borc almaqdan daha sərfəli olan avans ödənişi almaq imkanı

Bank qarantiyalarının Alıcı üçün üstünlükləri:

  • Satıcı tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi və malların razılaşdırılmış keyfiyyətdə olmaması riskinin aradan qaldırılması
  • Satıcıya avans ödəniş etmək imkanı və Satıcı vəzifələrini icra etmədiyi halda avans ödənişinin qaytarılmasını tələb etmək imkanı
  • Daimi partnyorların xeyrinə verilən bir bank qarantiyası ilə əməliyyatların təkrarlanması imkanı
  • Alıcının avans ödənişindən azad olması və maliyyə resursularını daha səmərəli istifadə etmək imkanına sahib olması

Bank Respublika müştərilərə aşağıdakı qarantiya növlərini təklif edir:

  • Ödəniş qarantiyası (Payment Guarantee);
  • Tender qarantiyası (Bid Bound);
  • İcra qarantiyası (Performance bond);
  • Avans ödənişin qaytarılmasına qarantiya (Advance Payment Guarantee);
  • Gömrük qarantiyası (Customs Guarantee)