PIN kodunuzu təyin etmək və ya dəyişmək artıq daha rahatdır!
Digital PIN-Set xidməti ilə kartınızın PIN kodunu birbaşa Mobil Şöbə tətbiqində sürətli və təhlükəsiz şəkildə təyin edə və ya mövcud PIN kodunuzu dəyişə bilərsiniz.
Yeni kartınızı Mobil Şöbədə aktivləşdirin
Yeni kartınızı əldə etdikdən sonra Mobil Şöbəyə daxil olaraq kartınız üçün 4 rəqəmli PIN kod təyin edin. PIN kod uğurla təyin edildikdən sonra kartınız avtomatik aktivləşəcək və dərhal istifadəyə hazır olacaq.
Mövcud PIN kodunuzu da asanlıqla dəyişin
Digital PIN-Set yalnız yeni kartların aktivləşdiriliməsi üçün deyil. Mövcud kartlarınızın PIN kodunu da Mobil Şöbə vasitəsilə istənilən vaxt rahat şəkildə dəyişə bilərsiniz.
Digital PIN-Set necə işləyir?
- Mobil Şöbə tətbiqinə daxil olun;
- PIN kod təyin etmək və ya dəyişmək istədiyiniz kartı seçin;
- PIN-Set funksiyasını seçin;
- Yeni 4 rəqəmli PIN kodu daxil edin və təkrar təsdiqləyin;
- Əməliyyatı mobil nömrənizə göndərilən OTP kodu ilə təsdiqləyin.
Təhlükəsizlik məqsədilə eyni rəqəmlərdən, ardıcıl rəqəmlərdən və doğum ilinizdən ibarət asan təxmin edilə bilən PIN kombinasiyalarının seçilməsi mümkün deyil.
Qeyd: Mobil Şöbədə təyin olunan PIN kodu POS-terminal əməliyyatlarında istifadə etmək üçün əvvəlcə ATM-də PİN kodla hər hansı əməliyyat (balans yoxlanılması və ya nağdlaşdırma) aparılmalıdır.
Kartınız. PIN kodunuz. İdarəetmə sizin əlinizdə.










