GÜZƏŞTLİ KREDİTLƏR

Əsas şərtlər:

  • Kreditin məbləği - 5 min manatdan 10 milyon manatadək
  • Kreditin müddəti  - 10 ilədək
  • İllik faiz dərəcəsi - 5 %-dək
  • Güzəşt müddəti - kredit müddətinin yarısınadək

 

Tələb olunan sənədlər:

  • Sahibkarlıq subyektinə aid məlumatların Fonda ötürülməsinə dair sahibkarın razılığını təsdiq edən sənədin əsli;
  • 200 min manatadək kreditlər üzrə sahibkarlıq subyektinin investisiya layihəsinə dair məlumat, 200 min manatdan böyük kreditlər üzrə biznes plan;
  • “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş kredit hesabatı;
  • VÖEN-in surəti;
  • Şəxsiyyət vəsiqəsinin surəti;
  • Sahibkarın fəaliyyət göstərəcəyi yerə və ya əmlaka dair sənədlərin surətləri.

 

Güzəştli kreditlərin tətbiq olunduğu prioritet istiqamətlər:

kənd təsərrüfatı, istehsal / emal, loqistik mərkəz, soyuducu və ya taxıl ambarı, turizm, rəqəmsal iqtisadiyyat.

 

 

Dövriyyə vəsaitlərinin alınması üçün güzəştli kredit

Əsas şərtlər:

  • Kreditin məbləği - 5.000 manatdan 500.000 manatadək
  • Kreditin müddəti  - 24 ayadək
  • İllik faiz dərəcəsi - 5 %

Güzəştli kreditlərin tətbiq olunduğu prioritet istiqamətlər:

Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı və sənaye məhsullarının istehsalı və emalı

 

 

TEXNİKA (AVADANLIQ) KREDİTİ

Əsas şərtlər:

  • Kreditin məbləği - 5 min manatdan 3 milyon manatadək
  • Faiz dərəcəsi - illik 9%-dək
  • Kreditin müddəti - 5 ilədək
  • Güzəşt müddəti - avadanlığın quraşdırılması üçün tələb olunan vaxt nəzərə alınmaqla, 12 ayadək

 

Tələb olunan sənədlər:

  • Sahibkarlıq subyektinə aid məlumatların Fonda ötürülməsinə dair sahibkarın razılığını təsdiq edən sənədin əsli;
  • 200 min manatadək kreditlər üzrə sahibkarlıq subyektinin investisiya layihəsinə dair məlumat, 200 min manatdan böyük kreditlər üzrə biznes plan;
  • “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş kredit hesabatı;
  • VÖEN-in surəti;
  • Şəxsiyyət vəsiqəsinin surəti;
  • Sahibkarın fəaliyyət göstərəcəyi yerə və ya əmlaka dair sənədlərin surətləri:
  • Avadanlığın alınmasına dair ilkin razılaşma sənədinin (əsas texniki-iqtisadi göstəriciləri barədə məlumat əlavə olunmaqla) surəti;
  • Avadanlığın qiymətləndirilməsi haqqında sənədin surəti;
  • Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən əldə olunan yüklülük bildirişinin surəti;
  • Sahibkarlıq subyekti tərəfindən avadanlığın qiymətləndirilmiş satış dəyərinin minimum 20%-i (yerli istehsal məhsulu olan avadanlıqlar üçün 10%) həcmində müvəkkil kredit təşkilatına ilkin ödəniş həcmində bank hesabında vəsaitin olmasını (və ya müqaviləyə uyğun olaraq satıcıya ödənildiyini) təsdiq edən sənədin surəti.