Akkreditiv, Alıcı adından Satıcıya öncədən müəyyən edilmiş müddət ərzində müqavilədə qeyd olunan məbləği, Satıcı akkreditivin mətnində qeyd olunmuş sənədləri və şərtləri yerinə yetirdiyi halda, bankın ödəmə öhdəliyidir.

Şərtlər:

Məbləğ: 100  -  5,000,000 AZN-dək (akkreditiv USD/AVRO ekvivalentində verilir)

Müddət: 12 ayadək

Komissiya: sahibkarın bankın digər məhsullarından istifadə etməsindən asılı olaraq dəyişir

Bank Respublikada akkreditiv açmanın əsas üstünlükləri:

  • Akkreditiv xərclərinin kredit xərclərindən daha aşağı olması
  • Qısa müddət ərzində akkreditivin rəsmiləşdirilməsi
  • Dünyanın aparıcı banklarının təsdiqi ilə akkreditivlərin verilməsi (Commerzbank, Raiffeisen Bank International və digər banklar da daxil olmaqla)
  • Ticarət müqavilənin ödəmə şərtlərinə dair hissənin hazırlanmasında bank əməkdaşlarının təcrübəsindən istifadə etmək imkanı
  • Müştərilərə fərdi yanaşma
  • Xarici banklar və müqavilənin digər tərəfdaşı ilə operativ qarşılıqlı əlaqə
  • Xarici banklarla bilavasitə münasibətlər nəticəsində akkreditivləri daha tez açmaq imkanı
  • Uzadılmış ödəniş şərtlərilə, malları ödəniş gününədək mənfəət ilə satmaq imkanı

Akkreditivlərin Satıcı üçün üstünlükləri:

  • Xarici ölkələrdə qanunvericilik və siyasi qeyri-sabitliklə bağlı risklərin aradan qaldırılması
  • Akkreditiv Satıcıya idxal partnyoruna kredit təklif etmək imkanı yaradır və nəticədə, bu Satıcının dövriyyə həcmini artırır
  • Akkreditiv geri qaytarıla bilməz, beləliklə ödəmə öhdəliyi ləğv edilə və ya dəyişdirilə bilməz
  • Ödənişin malın Alıcıya çatdırılmasından da tez almaq imkanı
  • Ödənişin akkreditivdə nəzərdə tutulmuş şərtlərlə və müddət ərzində alınmasına zəmanət
  • Akkreditivin çevik sxemi sayəsində mürəkkəb kommersiya müqavilələrini həyata keçirmək imkanı

Akkreditivlərin Alıcı üçün üstünlükləri:

  • Sifariş verilmiş mallar üçün əvvəlcədən ödəniş etməmək imkanı
  • Akkreditiv açıldıqda, uzadılmış ödəniş şərtlərini əldə etmək imkanı
  • Uzadılmış ödəniş şərtlərilə, malları ödəniş gününədək mənfəət ilə satmaq imkanı
  • Vəsaitin ixracatçının hesabına köçürülməsi yalnız akkreditivin bütün şərtlərinin ixracatçı tərəfindən yerinə yetirilməsi, akkreditivin mətnində qeyd olunan sənədlərin ixracatçı tərəfindən öz bankına təqdim olunması və bu sənədlərin bankın səlahiyyətli mütəxəssisləri tərəfindən yoxlanılmasından sonra həyata keçirilməsi
  • Akkreditiv vasitəsilə ödəniş Alıcının xarici kontragentlərinə ödəmə qabiliyyəti barədə əlavə əminlik verir
  • Malların akkreditivdə nəzərdə tutulmuş şərtlərə və müddətə uyğun alınmasına zəmanət

Bank Respublika müştərilərə aşağıdakı akkreditiv növlərini təklif edir:

  • Geri çağırılmayan akkreditiv (Irrevocable LC)
  • Təsdiqli akkreditiv (Confirmed LC)
  • Təsdiqsiz akkreditiv (Unconfirmed LC)
  • Rezerv akkreditivi (Stand-by LC).
  • Tələbli akkreditiv (Payment at Sight LC)
  • Ödəniş vaxtı təxirə salınan akkreditiv (Deffered Payment LC)