Biznesinizi genişləndirin.

Avropa İttifaqı qaydalarına uyğun qabaqcıl texnologiyaları əldə etmək üçün maliyyə vəsaiti alıb 15%-ə qədər investisiya keşbek qazanın!

Yaşıl İqtisadiyyata keçid üçün yeni kredit məhsulu!

Bank Respublika ilə daha yaşıl gələcəyin qurulmasına Siz də qoşulun! İndi biznesinizə faydalı olmaqla yanaşı, ətraf mühitin qorunmasına töhfə vermək vaxtıdır. Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) kredit xətti çərçivəsində təklif edilən yeni məhsulumuz ən yüksək standartlara cavab verən texnologiyalara və resursların səmərəli istifadəsinə investisiya etmək prosedurunu asanlaşdırır. Bu kreditlər, şirkətlərin Avropa Birliyinin Yaşıl Texnologiya Seçicisi (Green Technology Selector) platformasında uyğunluğunu təmin edən avadanlıq və texnologiyaların alınmasına yönəldilmişdir.

Sizin üçün ideal kredit şərtləri:

  • Maksimal məbləğ: 3 000 000 avro ekvivalentinə qədər (*kreditlər manatla verilir)

Aktivlərinizi artmaq üç ün əla imkan:

İnvestisiya üçün alınan vəsaitlər aktivlərin, yeni avadanlıqların və s. alınması üçün istifadə ediləcək.

Proqrama hansı hallarda qoşulmaq mümkündür?

Əgər fəaliyyətiniz aşağıdakı sahələrdən birini əhatə edirsə, proqramda iştirak edə bilərsiniz:

  • Kənd Təsərrüfatı - Heyvandarlıq, quşçuluq, bağçılıq, əkinçilik
  • Qida istehsalı - Qida/içki istehsalı, meyvə və tərəvəzlərin işlənməsi/saxlanılması; Süd məhsullarının, çay, qəhvə, pivə, şərab, çörək istehsalı
  • Fərqli növ bizneslər - Pambıq, parça, kauçuk, plastik, şüşə, mebel və digər növ məhsulların istehsalı

Keşbek qazanmaq imkanı – 15%-dək!

İnvestisiya etdiyiniz əsas vəsaitlər uyğun texnologiyalar siyahısında və ya bu portala uyğun gəlirsə, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən əsas məbləğin 15%-dək hissəsini keşbek qazana bilərsiniz!

Kredit almaq üçün kim müraciət edə bilər?

Aşağıdakı şərtlərə uyğun gələn Azərbaycan şirkətləri:

  • Ən azı 51% xüsusi mülkiyyətdə və özəl idarəetmə uyğun
  • İxrac üçün açıq ola biləcək sektorda fəaliyyət göstərən
  • Azərbaycanda qeydiyyatda və fəaliyyətdə olan, Azərbaycan qanunvericiliyinə uyğun fəaliyyət göstərən
  • Fərdi sahibkarlar və ya tək mülkiyyətçilər kimi təsnif edilən
  • Tərəfdaş Bankın və ya Tərəfdaş Maliyyə Qurumunun adi maliyyə qiymətləndirməsi meyarlarına cavab verən
  • AYİB-in Ətraf Mühit və Sosial Siyasətinə riayət edən

 

Yaşıl kreditin əlavə dəyər gətirən Faydaları

  • Əlverişli – 15% keşbək təşviqi investisiyalarınızın maliyyələşdirmə xərclərini azaldır
  • Çevik – Şirkətinizin Aİ direktivlərinə uyğun olmasına kömək edəcək və bununla da bazar potensialınızı və gəlirliliyinizi artıracaq hər hansı investisiya üçün keçərlidir
  • Proqnozlaşdırıla bilən – Maliyyələşdirmə AZN-lə 3 ildən 5 ilə qədər müddətə mövcuddur
  • Sadə – Ciddi uyğunluq meyarlarının olmaması (məsələn, minimum Daxili Rentabellik Normasının (IRR) olmaması)
  • Keyfiyyətə fokuslanma – Bütün məqbul investisiyalar məhsul keyfiyyətini artırır, eyni zamanda ölkə daxilində və xaricdə bazara çıxışınızı genişləndirir
  • Azaldılmış baza dəyəri – Əksər məqbul investisiyalar enerji və resurs istehlakını azaltmaqla, xərclərinizi azaldır və rəqabət üstünlüyünüzü artırır
  • Yaşıl imic – Bir çox məqbul investisiyalar istixana qazları kimi çirkləndirici emissiyaları azaldır
  • Təmənnasız ekspert dəstəyi – sizə yeni bazarlara yol açmağa kömək edən, ekspertlər qrupu tərəfindən təklif olunan təmənnasız texniki məsləhətlərlə birlikdə sadə prosedurlar

Yaşıl gələcək naminə - Bank Respublika ilə maliyyələşdirin!

Biznesiniz üçün yaşıl həllərdən yararlanın və maliyyə dəstəyinizi indidən alın. Daha ətraflı məlumat üçün banka müraciət edin.

Layihənin uğurlu yoxlanılmasından sonra şirkət Avropa İttifaqının EU4Business təşəbbüsü çərçivəsində maliyyələşdirilən investisiya təşviqi kimi kredit dəyərinin 15%-ə qədərini alır.