1. Risklərin İdarəedilməsi Komitəsi. Bankın fəaliyyəti nəticəsində yaranan bütün növ risklərin idarə edilməsi ilə bağlı siyasətlərin, qaydaların, limitlərin müəyyən olunması və qiymətləndirilməsini, digər komitələrin fəaliyyətinin koordinasiya edilməsini, risklərin və onlara nəzarət üsullarının müəyyənləşdirməsi üçün bu sahədə mövcud bankdaxili qaydalara aid müvafiq metodoloji izahatların, tövsiyələrin hazırlanmasını həyata keçirir.
Komitənin sədri:
Müşahidə Şurasının sədri
Komitənin üzvləri:
- İdarə Heyətinin sədri;
- İdarə Heyətinin üzvü (Maliyyə departamentinin kuratoru);
- Risklərin İdarə edilməsi departamentinin direktoru;
- İnformasiya Texnologiyalarına dəstək departamentinin direktoru;
- Risklər üzrə Baş İnzibatçı;
- Audit Komitəsinin sədri (səsvermə hüququ olmayan).
2. Aktiv və Passivləri İdarəetmə Komitəsi. Bankın likvidliyinin və bütövlükdə aktiv və passivlərin səmərəli idarəedilməsi üçün məsuliyyət daşıyan orqan olmuş, likvidlik və bazar risklərinin, habelə maliyyə vəsaitlərinin idarəedilməsi istiqamətlərini və hədəflərini müəyyən edir, bazarın konyukturasına uyğun olaraq faizlərin dəyişdirilməsi üzrə Müşahidə Şurasına təkliflər təqdim edir və onun daim təkmilləşdirilməsini təmin edir.
Tərkib:
Komitənin sədri:
İdarə Heyətinin üzvü (Xəzinədarlıq departamentinin kuratoru);
Komitənin üzvləri:
- İdarə Heyətinin sədri;
- İdarə Heyətinin üzvü (Maliyyə departamentinin kuratoru);
- Xəzinədarlıq departamentinin direktoru;
- Korporativ Satışlar departamentinin direktoru.
3. Kredit Komitəsi. Bank fəaliyyətində mövcud olan kredit risklərinin səmərəli idarəedilməsi məqsədilə yaradılan orqan olmuş, kredit siyasətini müəyyənləşdirmək, kredit məhsullarını təsdiq etmək və mövcud kredit məhsullarına dəyişikliklər etmək, kreditlərin verilməsi və kredit öhdəliklərinin götürülməsi, habelə onların şərtlərinin dəyişdirilməsi və restrukturizasiyasını təsdiq etmək, kreditlərin və kredit öhdəliklərinin faiz dərəсələrini müəyyən etmək, kreditlər üzrə mümkün zərərlər üçün yaradılmış ehtiyatların yetərliliyini (adekvatlığını) yoxlamaq və təhlil etmək, kredit portfelinə aid riskləri təhlil etmək və digər vəzifələri daşıyır.
Kredit komitəsi Bank fəaliyyətində mövcud olan kredit risklərinin səmərəli idarə edilməsi məqsədi ilə yaradılmış və 3 istiqamətdə formalaşdırılmışdır:
4. İnformasiya Texnologiyaları Komitəsi. Bankın İT sahəsindəki siyasətinin müəyyənləşdirilməsi və yerinə yetirilməsi üçün məsuliyyət daşıyan orqan olmuş, Bankın idarəetmə informasiya və digər avtomatlaşdırılmış sistemlərinin mükəmməl və fasiləsiz işini təmin etmək və monitorinqini aparmaq, Bankın strateji planı əsasında İT Departamentinin fəaliyyətinin və əsas inkişaf istiqamətlərini müəyyən etmək, proqram təminatı və avadanlıqların əldə olunmasını əsaslandırmaq, proqram təminatı və avadanlıqların satınalınması üzrə tender prosesinə nəzarət etmək, İnformasiya Texnologiyalarının istifadəsi və həyata keçirilməsi üçün İT planlarının hazırlanması və digər vəzifələri daşıyır.
Tərkib:
Komitənin Sədri:
İdarə Heyətinin üzvü (İnformasiya Texnologiyalarının inkişafı Departamentinin kuratoru)
Komitənin üzvləri:
- İdarə Heyətinin üzvü (İnformasiya Təhlükəsizliyi departamentinin kuratoru)
- Risklərin İdarəedilməsi departamentinin direktoru
- İnformasiya Texnologiyalarının inkişafı Departamentinin Direktoru
- İnformasiya Təhlükəsizliyi Departamentinin Direktoru
- İnformasiya Texnologiyalarına dəstək departamentinin direktoru
- Əməliyyatlar üzrə Baş İnzibatçı
5. Mükafatlandırma Komitəsi. Bankın uzunmüddətli fəaliyyət nəticələrinə əsaslanan və strateji hədəflərə nail olmasına yönəldilmiş mükafatlandırma siyasətini müəyyənləşdirmək və təsdiq üçün Müşahidə Şurasına təqdim etmək, mükafatlandırma prosesinə nəzarəti həyata keçirmək, mükafatlandırma siyasətinin bankın mənafeyinə zidd olmamasını təmin etmək və bank tərəfindən üzərinə uzunmüddətli risklərin götürülməsi hesabına qısamüddətli perspektivdə gəlir əldə edilməsinə yol verməmək, habelə mükafatlandırma siyasətinin tətbiqi ilə bağlı daxili prosedurların hazırlanmasını təmin etmək məqsədilə yaradılan orqandır.
Tərkib:
Sədr: Müşahidə Şurasının Sədri
Üzvlər:
- İdarə Heyətinin Sədri
- İdarə Heyətinin sədr müavini
6. Audit Komitəsi
Elmar Abasov – Audit Komitəsinin sədri
Altay Mustafayev - Audit Komitəsinin üzvü
Rauf Atakişiyev - Audit Komitəsinin üzvü
7. Layihə və İnvestisiyaları İdarəetmə Komitəsi.
Komitənin sədri:
Müşahidə Şurasının sədri
Komitənin üzvləri:
- İdarə Heyətinin sədri;
- İdarə Heyətinin üzvü;
- İdarə Heyətinin üzvü;
- Layihələrin İdarəedilməsi departamentinin direktoru.
Yenilənib: 24.05.2019