Digital Card - Artıq Mobil Şöbə-də!

(Banka gəlmədən kart əldə etmək imkanı!)

Visa Digital Card məhsulu banka gəlmədən birbaşa Mobil Şöbə əlavəsində aktivləşdirilə bilər. Kartdan həmçinin bankın müştərisi olmayan istifadəçilərdə faydalana bilərlər. Kart yalnız virtual formatda təqdim olunur və fiziki olaraq çap olunmur.

  1. Azərbaycanda ilk dəfə olaraq Mobil Şöbə əlavəsi üzərindən müştəri Digital Card üçün kataloqdan istədiyi dizayn skinini təyin edə bilər.
  2. Digital Card ilə ödənişləri onlayn olaraq, həmçinin NFC xidməti vasitəsilə POS terminal ilə heyata keçirtmək mümkündür.
  3. Onlayn ödənişlər üçün kart məlumatlarını dərhal Mobil Şöbə əlavəsində əldə etmək mümkündür (OTP verifikasiyası ilə). (Ətraflı)

Mobile Şöbə 4.0 - İndi daha rahat oldu!

Bir toxunuşla idarə olunan bankınızın interfeysi və imkanları yeniləndi.

Ən vacib xidmətlər əlinizin altında olacaq. KartlarHesablarƏmanətlərKreditlər.

  

Ən vacib xidmətlər üzrə rahat naviqasiya: KöçürmələrŞablonlarÖdənişlər

Çıxarışlarda smart-işarələr: RestoranAptekYanacaqdoldurma məntəqəsi və bir işarəilə ifadə olunan 100-dən çox kateqoriya.

 

NFC (təmassız) bir toxunuşla ödənişlər indi Mobil Şöbədə

Bank Respublika Mobil Şöbə tətbiqetməsi üzərindən NFC ödənişlərini yerinə yetirmək imkanı verir. NFC (Near field communication) kartın fiziki iştirakı olmadan birbaşa smartfon vasitəsilə POS ödənişlərini həyata keçirməyə imkan verən innovativ təmassız ödəniş texnologiyasıdır. Belə ki, əməliyyat zamanı kart rəqəmsallaşdırılmış nömrəsi (virtual token) istifadə olunur ki, bu da şəxsi məlumatlarınızı təhlükəsizliyini qorumağa zəmanət verir. Təmassız ödənişi yerinə yetirmək üçün smartfonu əks tərəfi ilə POS terminalına yaxınlaşdırmaq kifayət edir. Ətaflı

Mobil Şöbə - indi hər kəs üçündür!

Tətbiqin yeni versiyası bankın müştərisi olmayan şəxslərə də mobil nömrə ilə qeydiyyatdan keçmək imkanı verir.

Elektron cüzdan rejimində olan proqram, digər yerli bankların kartlarını əlavə etmək, həmçinin ödənişlər və köçürmələr etmək imkanı yaradır.

Dünya üzrə pul köçürmələri!

Xarici bankların kartlarına köçürmə imkanını əlavə edərək, Mobil Şöbənin müştəriləri üçün pulköçürmə imkanlarını genişləndirdik. Eyni zamanda, istifadəçilərin rəğbətini qazanmış Western Union sistemi vasitəsilə pul köçürmək imkanını saxladıq.

Bütün banklar bir tətbiqetmədə!

İndi Mobil Şöbə - tam bir elektron cüzdandır. Digər bankların kartlarını əlavə etməklə istifadəçilər tətbiqdən çıxmadan bu kartlardan köçürmələr və ödənişlər edə biləcəklər.

Çıxarışda zəruri əməliyyatı yeni filtr və axtarış sistemi ilə tapın!

İndi uzun tranzaksiyalar siyahısında lazım olan əməliyyatı tapmaq daha asan olacaq. Bunun üçün kart üzrə çıxarışda axtarış sistemi və filtr yaratdıq.

 

Mobil Şöbə-də necə qeydiyyatdan keçmək olar?

MobilŞöbə 4.0 versiyasında iki növ qeydiyyat imkanı mövcuddur.

Bankın müştərisiyəm

  • Bankın plastik kart və ya digər xidmətini əldə etmək
  • Elektron xidmət müqaviləsinə qol çəkmək
  • Mobil Şöbəni PlayMarket və ya AppStore-dan *(AppStore-da tezliklə) yükləmək
  • Bankın filialında və ya Bankın kartı ilə Mobil Şöbədə qeydiyyatdan keçmək

Bankın müştərisi deyiləm*

  • Mobil Şöbəni PlayMarket və ya AppStore-dan *(AppStore-da tezliklə) yükləmək
  • Mobil nömrə ilə qeydiyyatdan keçmək
  • İstənilən bankın plastik kartını əlavə etmək

* Digər bankların kartlarını yalnız ödəniş və köçürmələr üçün istifadə etmək mümükündür.

Bütün yeniliklər:

Tətbiq interfeysinin yeni dizaynı
Digər yerli bankın kartlarını əlavə etmək imkanı
Bankın müştərisi olmayan şəxslərin qeydiyyatı (elektron cüzdan kimi istifadə üçün)
Xarici bankların kartlarına köçürmələr
Əlavə kartın onlayn sifarişini etmək
Bank kartının onlayn yenidən buraxılması
Tətbiqin sabitliyi və sürəti artırıldı
Əməliyyat kateqoriyalarına aid çıxarışda smart-işarələr
Çıxarışdakı əməliyyatların axtarışı üçün yeni sistem
Ən yaxın bankomat və filialların ağıllı axtarışı                                (metro stansiyaları üzrə axtarış)
Əməliyyatın təfərrüatları bir klikdə
Kartın əks olunduğu dizaynının seçimi (real və ya nişanlar)
Şəxsi avatar əlavə etmək
Bonus və tərəfdaşları üzrə təkmilləşdirilmiş axtarış sistemi
Məbləği daxil etdikdə qaynar düymələr