Bank Respublika öz inkassasiya xidməti vasitəsilə nağd pulun dövriyyəsi ilə bağlı aşağıdakı xidmətləri göstərir:
- müştərilərin nağd pul vəsaitlərinin daşınması
- müştərilərin nağd pul vəsaitlərinin sayılması və hesaba köçürülməsi
- əmək haqlarının ödənilməsi və digər xərclər üçün əvvəlcədən hazırlanmış nağd pulun müştərilərə çatdırılması
- qiymətlilərin müştərilərə çatdırılması
- digər xidmətlər
Şirkət və təşkilatlara xidmətlərin göstərilməsi razılaşma əsasında həyata keçirilir. Qiymətlilər və pul vəsaitləri müştəri ilə razılaşdırılmış vaxtda çatdırılır. İnkassasiya xidmətləri üzrə tariflər fərdi qaydada müəyyən olunur.