Visa Business Plus New kartı Buraxılma haqqı- 20 AZN (ilkin mədaxil olmadan) Valyuta - AZN/USD |
MasterCard Business Plus New kartı Buraxılma haqqı - 20 AZN (ilkin mədaxil olmadan)/ Valyuta - AZN/USD/EUR |
“Business Plus” tam fərqli kartdır və sahiblərinə bir çox üstünlüklər təqdim edir:
- “Business Plus” kartından həm ödəniş kart kimi, həm də cari hesab kimi istifadə etmək olar;
- “Business Plus” kart hesabına eyni zamanda bir neçə əlavə kart bağlana bilər və bir neçə şəxs faydalana bilər. Eyni hesaba bağlı hər kart üçün fərqli əməliyyat limitləri tətbiq oluna bilər və ayrılıqda çıxarışlar verilə bilər.
- “Business Plus” kartında, vergi qanunverciliyinə uyğun nağdlaşdırma limiti (aylıq 15 000 AZN və ya 30 000 AZN) çərçivəsində kartda olan məbləği tam olaraq nağdlaşdırmaq olar;
- “Business Plus” kartında balansı artımaq üçün banka gəlməyə ehtiyac yoxdur, günün istənilən vaxtı ödəniş terminalları vasitəsilə kartın balansına pul əlavə etmək olar;
- “Business Plus” üzrə sms-xəbərdarlıq tamamilə pulsuzdur! Hər əməliyyatdan sonra kart haqqında həmin an məlumat ala bilərsiniz.
Visa Business Platinum kartı haqqında əlavə məlumat
Visa Business Platinum məhsulu Premium kartlar kateqoriyasına aid olaraq, müəssisələrin daha çox biznes səhayəti edən təmsilçiləri üçün nəzərdə tutulub.
Visa Business Platinum kartları ilə adi ödənişlər ilə yanaşı müxtəlif növ hökümət, gömrük, sığorta, biznes səyahətləri və digər ödənişlər etmək mümkündür.
Buraxılma haqqı - 50 AZN (ilkin mədaxil olmadan)
Valyuta - AZN/USD
Visa Business Platinum məhsulu aşağıdakı üstünlüklərə malikdir:
1. Dünyanın 450-dən çox şəhərlərin hava limanlarında 1100-dən çox Lounge Key biznes zallarına giriş imkanı. Bunun üçün kartı təqdim etmək kifayyətdir.
2. İl ərzində Lounge Key biznes zallarına 2 pulsuz giriş imkanı. (daha çox sayda giriş üçün hər vizitə 32$ xidmət haqqı ödənilir)
3. Bakı, Kiyev (Borispol), Minsk və Almata hava limanlarında Fast Track xidmətindən istifadə imkanı (uçuşa qeydiyyat, baqaj qeydiyyatı, pasport və security nəzarətindən surətli keçid və digər imkanlar). Visa Business Platinum kartı ilə il ərzində 2 dəfə pulsuz Fast Track xidmətindən yararlanmaq mümkündür.
4. Kiyev (Borispol) hava limanına Bolt ilə gediş gəlişə 50% endirim.
5. Korporativ kartdan sui-istifadə halları üçün Sığorta (Corporate Liability Waiver Insurance)
6. Xaricdə aparılan əməliyyatlar üzrə Visa-dan xüsusi hesabatlığın əldə edilməsi imkanı
7. Müxtəlif proqramlardan biznes üçün istifadə zamanı endirim və ya cash-back əldə edilməsi (Google Ads, Office 365, Dropbox və sair)
8. Müxtəlif xidmətlərdən biznes üçün istifadə zamanı endirim və ya cash-back əldə edilməsi (189 Taxi, Antaris, Fedex, AzeriExpress və sair).
Ətraflı məlumat https://www.visa.com.az/ru_AZ/run-your-business/visa-platinum-business.html