Bank Respublika, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankı olaraq, 150 000 AZN məbləğinədək ipoteka kreditləri təklif edir. 

Kreditin şərtləri üzrə ümumi məlumat aşağıdakı kimidir:

Şərtlər

Adi İpoteka

Güzəştli İpoteka

"MİDA" MMC xətti ilə Güzəştli ipoteka

Məbləğ

150,000 manat                                100,000 manat

100,000 manat

Müddət

3 - 25 il

3 - 30 il

30 il

İllik faiz dərəcəsi

7-8%

4%

4%

İlkin ödəniş

30%

30%

10%

Təhlil haqqına görə komissiya

0,1%

—

Borcalanın/birgəborcalanın gəlirinə dair tələb

OPTI <50% (Borcalanın xalis gəlirinin 50% aylıq kredit ödənişlərinin cəmi ola bilər)

—

Borcalanın və ailə üzvünün xərci

200 AZN

—

Yaş həddi

Kişi və ya Qadın - 65

—

Əmlak sığortası

İpoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə sığortalanmalıdır

—

Kredit verilə bilər

Bakı filialları və Sumqayıt, Quba, Xaçmaz, Lənkəran, Masallı, Şirvan, Gəncə və Mingəçevir tərəfindən

—

Alınan əmlakın yerləşdiyi ərazi

Bakı, Xırdalan, Sumqayıt, Gəncə, Lənkəran, Masallı, Şirvan, Mingəçevir, Quba və Xaçmaz

—
Girova dair tələblər İpoteka kreditləri yalnız 01.01.1970 ildən sonra inşa edilmiş çoxmənzilli binalarda yerləşən mənzillərin alınmasına verilir. —


  • Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (ARİKZF) vəsaiti hesabına MİDA tərəfindən inşa edilən mənzillərin alınması üçün verilən güzəştli ipoteka krediti yalnız güzəştli kateqoriyaya aid müştərilərə ayrılması nəzərdə tutulur ( https://www.mida.gov.az/az/rules/kim/ )
  • Yalnız “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş mənzillərin rəsmiləşdirilməsi mümkündür. ( https://mida.gov.az/az/e-system/ )
  • *Mənzil elektron qaydada seçildikdən sonra müştəri Banka müraciət edə bilər.


İPOTEKA KREDİTİNİN ALINMASI ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR 

  • Borcalanın (borcalanların) şəxsiyyətini təsdiq edən sənəd və sənədin surəti;
  • Nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti;
  • Borcalanın (borcalanların) yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;
  • Borcalanın (borcalanların) iş yerini və gəlirlərini təsdiq edən sənədlər;
  • Şəxsin güzəştli kateqoriyaya aid olduğunu təsdiq edən sənəd (şəxs güzəştli kateqoriyaya aid olduqda).


 BORCALAN (BORCALANLAR) FƏRDİ SAHİBKAR OLDUQDA

  • Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçdiyi barədə şəhadətnamənin surəti;
  • Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi.

Qeyd: Tələb olunan sənədlər elektron sistem vasitəsilə, bu mümkün olmadıqda isə kağız daşıyıcılarda təqdim edilməlidir.


İPOTEKANIN RƏSMİLƏŞDİRİLMƏSİNDƏN SONRA TƏQDİM OLUNMALI SƏNƏDLƏR

  • İpoteka müqaviləsinin (Qarışıq müqavilə) və ipoteka kağızının əsli və onların dövlət qeydiyyatından keçməsini təsdiqləyən sənədlər.
  • Borcalanın (borcalanların) həyatın ölüm halından və əmək qabiliyyətinin itirilməsinin və ipoteka predmetinin sığortalanmasını və sığorta ödənişlərinin ödənildiyini təsdiqləyən sənədlər.