Bank Respublika fiziki şəxslərə hesablaşma-kassa əməliyyatları üzrə kompleks xidmətlər və əlavə imkanlar təklif edir.
- Cari / tələbli hesabların manat, ABŞ dolları, avro və başqa valyutada açılması
- Pul vəsaitlərinin hesaba nağd və nağdsız formada mədaxili
- Azərbaycan daxilində və xaricə bank köçürmələrinin həyata keçirilməsi
Müxtəlif valyutalarda hesabların açılması
Nəğd və ya hesab üzrə balansa pul köçürmələri
Azərbaycan daxili və xarici hesablar üzrə köçürmələr
- Hesabdan nağd vəsaitin verilməsi
- Hesab və əməliyyatlar üzrə arayış və çıxarışların, ödəmə sənədlərinin surətinin verilməsi
- Valyutanın alışı və satışı üzrə multivalyutalı konvertasiya əməliyyatlarının həyata keçirilməsi
- Bank əməliyyatlarının keçirilməsi üzrə məsləhətlərin verilməsi
- İnkassasiya xidmətləri
Fiziki şəxslər üçün cari hesabının açılması qaydası
Cari hesabının açılması üçün müştəri şəxsiyyət vəsiqəsi ilə Banka gəlməlidir. Bankda hesabın açılması haqqında ərizə formasını doldurulur və imza nümunələri rəsmiləşdirilir. Fərdi sahibkarlıqla məşqul olmaq hüququ olan fiziki şəxslər cari hesab açmaq üçün qeyd edilən sənədlərlə bərabər Vergilər Nazirliyindən alınan şəhadətnamə-dublikatı (hər hesab üçün 1 nüsxə) Banka təqdim etməlidirlər.
Hesablaşma-kassa xidmətləri Bank və Müştəri arasında imzalanmış müqaviləyə əsasən və müəyyən edilmiş tariflərə uyğun həyata keçirilir.
Tariflər FATCA və CRS haqda informasiya Maliyyə şirkətlərinin diqqətinə