Özünüzü dələduzluq hallarından qorumanız üçün aşağıdakı təhlükəsizlik qaydalarına riayət etməyinizi xahiş edirik:

  • Kartınızın PİN-kodunu, CVV-kodunu, 3D-Secure şifrəsini heç kimə  bildirməyin!
  • Daxil etdiyiniz PIN-kodu ikinci tərəfin görməsinə yol verməyin. Sizin əvəzinizə əməliyyat aparmağı kənar şəxslərə həvalə etməyin;
  • Heç vaxt PİN-kodunuzu kartın üzərində yazmayın;
  • Kartınızın həm ön, həm də arxa tərəfinin şəklini heç kəslə bölüşməyin;
  • Şübhəli pul köçürmələri təkliflərindən imtina edin;
  • Naməlum internet səhifələrində əməliyyatlar aparmaqdan çəkinin;
  • İnternetdə əməliyyat apararkən əmək haqqı və ya iri məbləğlər saxladığınız kartlardan istifadə tövsiyyə olunmur;
  • Bankomatdan istifadə edərkən kartı bankomata daxil edilən hissəsinə diqqət yetirin. Orada heç bir əlavə qurğu və ya alət olmamalıdır;
  • POS-terminal vasitəsilə ödəniş etdikdə, çekin surətini ən azı məbləğin kart hesabından düzgün silindiyinə əmin olana qədər özünüzdə saxlayın;
  • Dələduzluq əməliyyatlarını minimuma endirmək üçün pul vəsaitlərinin çıxarılmasına gündəlik limit müəyyən edin;
  • Dələduzluq əməliyyatlarının aparıldığına dair şübhəniz olduqda dərhal kartınızı blok edib, bu haqda banka bildirin;
  • Kart hesabınızın idarə olunması və nəzarətin həyata keçirilməsi üçün Bankın SMS məlumatlandırma və İnternet/Mobile Bankinq xidmətindən istifadə edin.