Bakı, 30 iyul 2026. Bank Respublika Neo Premium kart sahibləri üçün xüsusi üstünlük təqdim edir. Kartınızla gündəlik alış-veriş və ödənişlər edərək müəyyən edilmiş dövriyyə həcmini tamamladıqda, ödədiyiniz xidmət haqqı bonus şəklində hesabınıza geri qaytarılır.
Xidmət haqqını geri qazanmaq üçün:
- Visa / Mastercard Neo Premium (1 illik, 40.00 AZN) – 6 000 AZN dövriyyə
- Visa / Mastercard Neo Premium (2 illik, 60.00 AZN) – 9 000 AZN dövriyyə
- Visa / Mastercard Neo Premium (3 illik, 80.00 AZN) – 12 200 AZN dövriyyə
Kartın sifariş tarixindən etibarən 3-cü ayın sonunda daha sonra isə 6-cı ayın sonunda dövriyyə göstəriciləri sistem tərəfindən yoxlanılır. Tələb olunan dövriyyə təmin edildiyi halda, növbəti ayın 1-ci iş günü xidmət haqqı sistem tərəfindən avtomatik olaraq Neobonus şəklində müştərinin bonus balansına geri qaytarılır.
Qaytarılmış xidmət haqqı ekvivalentində bonuslar mövcud bonusların dəyişdirilməsi qaydalasına uyğun olaraq keşbəkə, milə, dəqiqəyə və meqabayta dəyişdirilə bilər.
Neo Premium imkanlardan yararlanın, xidmət haqqınızı isə geri qazanın!







