Dövlət ipotekası - güzəştli müraciət forması və qaydalar
İpoteka kreditini almaq üçün Elektron Hökumət Portalında (www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sisteminə gücləndirilmiş elektron imza (e-imza, asan imza) ilə qeydiyyatdan keçərək müraciət etmək olar.
Lazımi sənədlər, tələblər və şərtlər
Təhlil haqqına görə komissiya | 0.1% |
Borcalanın və ailə üzvünün xərci | 210 AZN |
Yaş həddi | Kişi və ya Qadın – 65 |
Borcalanın/birgəborcalanın gəlirinə dair tələb | OPTI < 50% (Borcalanın xalis gəlirinin 50% aylıq kredit ödənişlərinin cəmi ola bilər) |
Əmlak sığortası | İpoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə sığortalanmalıdır |
Kredit verilə bilər | Bakı, Xırdalan, Sumqayıt, Gəncə, Lənkəran, Masallı, Şirvan, Mingəçevir, Quba və Xaçmaz |
Girova dair tələblər | İpoteka kreditləri yalnız 01.01.1970 ildən sonra inşa edilmiş çoxmənzilli binalarda yerləşən mənzillərin alınmasına verilir. |
ARİKZF tərəfindən müəyyən olunan digər tələblər
- Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:
- Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
- Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı, övladları);
- Azərbaycanın Milli Qəhrəmanı (özü, əri/arvadı, övladları);
- Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
- Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
- Ən azı 3 il dövlət ümumtəhsil müəssisəsində müəllim işləyən şəxs;
- Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
- İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);
- Ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.
- Elmlər doktoru elmi dərəcəsi olan şəxs;
- Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
- Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları(“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);
- Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs;
- Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər;
- Ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs;
- Ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.
Qeyd: Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.
- Borcalanın (borcalanların) şəxsiyyətini təsdiq edən sənəd
- Borcalanın (borcalanların) (evli olduğu halda həyat yoldaşının da) doğum şəhadətnamələrinin surəti
- Borcalanın (borcalanların) ailə tərkibi haqqında arayış (ASAN Xidmət)
- Borcalanın subay olduğu halda subaylıq haqqında arayışı (VVADQ şöbəsi)
- Borcalanın (borcalanların) nikah şəhadətnaməsi (boşanma faktı olduğu halda məhkəmə qətnaməsi və nikahın pozulması haqqında şəhadətnamə)
- Borcalanla (borcalanlarla) birgə yaşayan yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlər
- Borcalanın (borcalanların) gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa, əlavə iş yerindən arayış (iş stajı göstərilməklə), əmək haqqı kartlarından bank çıxarışları və s.)
- Borcalanın (borcalanların) əmək müqaviləsi və ya onun iş yerinin kadrlar idarəsi tərəfindən təsdiq edilmiş əmək kitabçasının surəti (hər səhifəsi təsdiqlənməlidir)
- Şəxsin güzəştli kateqoriyaya aid olduğunu təsdiq edən sənəd
- Satıcının özünün (evli olduğu halda həyat yoldaşının da) şəxsiyyət vəsiqəsi
- Satıcının özünün (evli olduğu halda həyat yoldaşının da) doğum şəhadətnaməsinin surəti
- Satıcı subay olduğu halda subaylıq haqqında arayış (VVADQ şöbəsi)
- Satıcının nikah şəhadətnaməsi (boşanma faktı olduğu halda məhkəmə qətnaməsi və nikahın pozulması haqqında şəhadətnamə)
- Forma 1 - İpoteka predmetinin digər öhdəliklər üzrə yüklü edilməməsini və məhdudiyyət olmadığını təsdiq edən sənəd. (Notariat kontoru)
- Forma 2 - İpoteka qoyulan yaşayış sahəsi üzrə qeydiyyatda olanlar haqqında arayış (Notariat kontoru/ASAN Xidmət)
- Forma 2-də adları qeyd olunanların şəxsiyyət vəsiqəsinin notariat təsdiqlənmiş surəti
- Borcalanın (borcalanların) evli olduğu halda həyat yoldaşının razılıq ərizəsi (Notariat kontoru)
- İpoteka qoyulan yaşayış sahəsi üzrə mülkiyyət hüququnu təsdiq edən sənədin (dövlət reyestrindən çıxarış) və texniki pasportu
- Qiymətləndirmə aktı.
- İpoteka predmetinin ipotekaya qoyulmasına və məhkəmədənkənar qaydada satılmasına dair ərin/arvadın, ipoteka predmetində qeydiyyatda olan digər yetkinlik yaşına çatmış ailə üzvlərinin notariat orqanlarına təqdim olunan razılığının surəti. İpoteka predmetinin mülkiyyətçisi yetkinlik yaşına çatmamış şəxs olduqda, onun maraqları çərçivəsində səlahiyyətli qəyyumluq və himayəçilik orqanlarının razılığının surəti (Satılmasına və ipotekaya qoyulmasına razılıq)
- Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçməsi haqqında şəhadətnamə (surəti)
- Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi (AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və ya onlayn qaydada mümkün olduqda www.e-taxes.gov.az)