Dövlət ipotekası - adi müraciət forması və qaydalar

 

İpoteka kreditini almaq üçün Elektron Hökumət Portalında (www.e-gov.az) mövcud olan "Elektron ipoteka və kredit zəmanət" sisteminə gücləndirilmiş elektron imza (e-imza, asan imza) ilə qeydiyyatdan keçərək müraciət etmək olar.

e-gov.az keç

Lazımi sənədlər, tələblər və şərtlər

Borcalanın və ailə üzvünün xərci 270 AZN
Yaş həddi Kişi və ya Qadın – 65
Borcalanın/birgəborcalanın gəlirinə dair tələb PTI < 70% (Borcalanın xalis gəlirinin 70% aylıq kredit ödənişlərinin cəmi ola bilər)
Əmlak sığortası İpoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə sığortalanmalıdır
Kredit verilə bilər İpoteka predmeti olaraq Bakı, Sumqayıt, Xırdalan, Quba, Xaçmaz, Lənkəran, Şirvan, Gəncə, Masallı, Mingəçevir, Şəki və Naxçıvan şəhərlərində yerləşən əmlak(mənzil) çıxış edə bilər. Eyni zamanda yalnız Bakı şəhərində yerləşən fərdi evlər(bağ evi) girov predmeti kimi çıxış edə bilər
Girova dair tələblər İpoteka kreditləri yalnız 01.01.1970 ildən sonra inşa edilmiş çoxmənzilli binalarda yerləşən mənzillərin alınmasına verilir.

 

ARİKZF tərəfindən müəyyən olunan digər tələblər

  • Borcalanın (borcalanların) şəxsiyyətini təsdiq edən sənəd
  • Borcalanın (borcalanların) (evli olduğu halda həyat yoldaşının da) doğum şəhadətnamələrinin surəti
  • Borcalanın (borcalanların) ailə tərkibi haqqında arayış (ASAN Xidmət)
  • Borcalanın subay olduğu halda subaylıq haqqında arayışı (VVADQ şöbəsi)
  • Borcalanın (borcalanların) nikah şəhadətnaməsi (boşanma faktı olduğu halda məhkəmə qətnaməsi və nikahın pozulması haqqında şəhadətnamə)
  • Borcalanla (borcalanlarla) birgə yaşayan yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlər
  • Borcalanın (borcalanların) gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa, əlavə iş yerindən arayış (iş stajı göstərilməklə), əmək haqqı kartlarından bank çıxarışları və s.)
  • Borcalanın (borcalanların) əmək müqaviləsi və ya onun iş yerinin kadrlar idarəsi tərəfindən təsdiq edilmiş əmək kitabçasının surəti (hər səhifəsi təsdiqlənməlidir)
İpotekanın rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər
  • Satıcının özünün (evli olduğu halda həyat yoldaşının da) şəxsiyyət vəsiqəsi
  • Satıcının özünün (evli olduğu halda həyat yoldaşının da) doğum şəhadətnaməsinin surəti
  • Satıcı subay olduğu halda subaylıq haqqında arayış (VVADQ şöbəsi)
  • Satıcının nikah şəhadətnaməsi (boşanma faktı olduğu halda məhkəmə qətnaməsi və nikahın pozulması haqqında şəhadətnamə)
  • Forma 1 - İpoteka predmetinin digər öhdəliklər üzrə yüklü edilməməsini və məhdudiyyət olmadığını təsdiq edən sənəd. (Notariat kontoru)
  •  Forma 2 - İpoteka qoyulan yaşayış sahəsi üzrə qeydiyyatda olanlar haqqında arayış (Notariat kontoru/ASAN Xidmət)
  • Forma 2-də adları qeyd olunanların şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti
  • Borcalanın (borcalanların) evli olduğu halda həyat yoldaşının razılıq ərizəsi (Notariat kontoru)
  • İpoteka qoyulan yaşayış sahəsi üzrə mülkiyyət hüququnu təsdiq edən sənədin (dövlət reyestrindən çıxarış) və texniki pasportu
  • Qiymətləndirmə aktı.
  • İpoteka predmetinin ipotekaya qoyulmasına və məhkəmədənkənar qaydada satılmasına dair ərin/arvadın, ipoteka predmetində qeydiyyatda olan digər yetkinlik yaşına çatmış ailə üzvlərinin notariat orqanlarına təqdim olunan razılığının surəti. İpoteka predmetinin mülkiyyətçisi yetkinlik yaşına çatmamış şəxs olduqda, onun maraqları çərçivəsində səlahiyyətli qəyyumluq və himayəçilik orqanlarının razılığının surəti (Satılmasına və ipotekaya qoyulmasına razılıq)
Borcalan fərdi sahibkar olduqda əlavə olaraq təqdim olunmalı sənədlər
  • Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçməsi haqqında şəhadətnamə (surəti)
  • Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi (AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və ya onlayn qaydada mümkün olduqda www.e-taxes.gov.az)