Hüquqi şəxs və fərdi sahibkarların Alıcılarına qarşı olan pul tələbi hüququnun Faktora (Banka) güzəşt edilməsi müqabilində maliyyələşdirilməsi məqsədilə faktorinq məhsulunu təklif edirik.

Şərtlər:

Məbləğ: 100  -  5,000,000 AZN-dək (maliyyələşmə AZN və ya USD/AVRO ekvivalentində ola bilər)

Müddət: 6 ayadək

Faiz: məbləğdən, müddətdən və sahibkarın bankın digər məhsullarından istifadə etməsindən asılı olaraq dəyişir

Girov: Daşınmaz əmlak, nəqliyyat vasitəsi, ev əşyaları, mal, zamin, Bank qarantiyası və s. girov qismində çıxış edə bilər

Üstünlüklər:

  • Qısa müddət ərzində faktorinqin təsdiqlənməsi
  • Minimal sənəd tələbi
  • Əlavə xərclərin (sığorta, qiymətləndirmə) olmaması
  • Faktorinqin təminatsız verilməsi imkanın mövcudluğu (sahibkarın maliyyə göstəricilərindən və bankın digər məhsullarından istifadə etməsindən asılı olaraq)
  • Alıcının faktorinq əməliyyatından rəsmi şəkildə məlumatlı olması və ödənişlərə daha da məsuliyyətli yanaşması
  • Debitor borclarının 90%-dək həcmində nağd vəsaitlərin dərhal əldə olunması
  • Ticarət dövriyyəsinin həcminin artırılması və sürətlənməsi imkanı